Biri şəhid, digəri qazi

11:40 04-12-2020 | icon 879 | Şəhidlər və şahidlər
Biri şəhid, digəri qazi

Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular

 

Uşaqlıqdan bir böyüyüb, bir məktəbə gedib, əsgərliyə bir yollanan əmioğluları sonda Vətən Müharibəsində də bir iştirak etdilər. Ancaq çox təəssüf ki, onlardan biri şəhid, digəri isə qazi oldu. Onlar eyni təvəllüdlü şəhid Xətai Hüseynov və qazi Ağaxan Hüseynovdur. Hər iki döyüşçü ailənin tək oğlan övladı olub.

 

Şəhid Xətai Hüseynovun atası Xaliq Hüseynov bildirib ki, oğlu son günə kimi müharibə gedən ərazidən uzaqda olduğunu söyləyib:

 

“Xətai bizimlə danışanda ancaq deyirdi ki, məni boş verin, özünüz necəsiniz, Ağaxan necədir? Səhhətimlə bağlı mənə görə narahatlıq keçirirdi. Deyirdi ki, ata, təki sən özünü qoru, mənim yerim yaxşıdır. Bizi nigaran saxlamasın deyə, hər zaman döyüşlərdən uzaq yerdə olduğunu bildirirdi. Şəhid olmamışdan bir gün əvvəl danışanda anasına dedi ki, mənimlə fəxr edəcəksiniz. Oğlumun 31 oktyabr tarixində şəhid olduğunu eşitdik”.

 

Qeyd edək ki, Xətai Hüseynov Tovuz rayonunun Qovlar şəhərindəndir. Son 30 ildə Qovlardan olan ilk şəhiddir.

 

Qazi Ağaxan Hüseynovun atası Hüseyn Hüseynov da Trend-ə bildirib ki, oğlu müharibədə bir dəfə yaralanıb, həkimlər onu sağaldandan sonra yenidən döyüşə qayıdıb:

 

“Oğluma əmisi oğlunun şəhid olduğunu demirdik. Zəng edəndə bizimlə danışdığını, yaxşı olduğunu söyləyirdik. Onlar uşaq vaxtından bir yerdə böyüdüyü üçün bilmirdik bu məlumatı ona necə deyək. Ağaxan bir dəfə Füzuli istiqamətində döyüşlər zamanı yaralanıb, ancaq sonradan sağalaraq geri qayıdıb. Hazırda hərbi xidmətdədir, aprel ayında tərxis olunmalıdır”.

 

Beləliklə, uşaq vaxtından bir yerdə böyüyən əmi uşaqlarının həyat yolunu müharibə ayırdı. Biri şəhid, digəri isə qazi oldu. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq