Xüsusi təyinatlı gizirin döyüş yolu – FOTO

09:19 08-12-2020 | icon 387 | Şəhidlər və şahidlər
Xüsusi təyinatlı gizirin döyüş yolu – FOTO

Vətən müharibəsi başlayanda xüsusi təyinatlı çavuş Ramiz Ağayev bir an belə düşünmür, tərəddüd etmir. “Vətən çağırır” deyib döyüşlərə qatılır. İlk uğurlu əməliyyat Murovdağ zirvəsində olur. Daha sonra silahdaşları ilə birlikdə Füzuli uğrunda döyüşür. Elə bu döyüşlərdə çox sayda düşmən hərbçisini məhv edir, özü isə çiyin və boğaz nahiyələrindən üç güllə yarası alır.

 

ARB Xəbər xüsusi təyinatlı çavuş Ramiz Ağayev haqqında süjet hazırlayıb.

 

Bir yandan həkimlər, bir yandan da ailəsi təkid edir ki, müalicə olunsun. Amma heç kim onu saxlaya bilmir.

 

Anası Məlahət Ağayeva xatırlayır:

 

“Dedi ki, gözümün önündə yoldaşlarım şəhid oldu, gedəcəyəm. Əlimi-qolumu sallayıb xəstəxanadan evə qayıtmayacam. Fəxr edirəm ki, belə oğul böyütmüşəm”.

 

Dayısı Asəf Fərzəliyev son telefon zəngindən danışır: 

 

“Suqovuşandan zəng edib danışdıq. Dedim ki, yaralısan evə get, ata-anan səni gözləyir. Mənə dedi ki, neçə yaşın var. Dedim, 60. Harada olduğumu soruşdu. Suqovuşanda olduğumu dedim. Dedi ki, mənim 26 yaşım var, mən niyə evə gedim. Yerim səngərdir, yoldaşlarımın yanıdır”.

 

Ramiz Azərbaycanın 28 illik Şuşa həsrətinə son qoyanlardan biri kimi adını tarixə yazıdırır. Canı, qanı bahasına şəhidlik zirvəsinə ucalaraq. Ramiz Ağayev general Polad Həşimovun yanında İkinci Fəxri Xiyabanda dəfn olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq