Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir?

10:54 08-12-2020 | icon 381 | İqtisadiyyat
Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir?

“Ümumilikdə vəfat edən hər bir şəxsin topladığı pensiya kapitalı onun ailəsinə ailə başçısını itirməyə görə pensiya təyin olunmasına hüquq yaradır. Yəni şəxs gələcəkdə yüksək pensiya ala bilməsinə imkan verən pensiya kapitalı toplayıbsa, lakin pensiya yaşından əvvəl vəfat edibsə və ya həlak olubsa, həmin pensiya kapitalı onun ailəsinin yüksək pensiya təminatı üçün əsas yaradır”.

 

Bu barədə Report-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, qanunvericiliyə əsasən, ölkənin müdafiəsi zamanı həlak olmuş və xəsarət alması nəticəsində sonradan vəfat etmiş hərbi qulluqçuların ailələrinə də pensiya təyin edilir.

 

Nazirlik, eyni zamanda, son döyüşlərdə könüllü, yaxud ehtiyatdan çağırılaraq, xidmət edən hərbçilərə aylıq maaşın verilməsi məsələsinə də aydınlıq gətirib:

 

“Vətən Müharibəsində könüllü, yaxud ehtiyatdan çağırılaraq iştirak etmiş hərbiçilərin iş yeri və əməkhaqqı saxlanılır. Hərbi xidmətlə əlaqədar əməkhaqqının ödənilməsi məsələsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid deyil”.

 

Əlilliyi olan şəxslərə əlillik müavinətindən başqa hansısa əlavə aylıq ödənişlərin edilməsi məsələsinə gəlincə, ümumilikdə, əlilliyə görə iş stajına uyğun olaraq aylıq pensiya və ya müavinət verilir:

 

“Müharibə əlillərinə isə həmin pensiya və ya müavinət, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təyin olunaraq ödənilir”, - deyə sorğunun cavabında vurğulanıb.

 

Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

 

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Yüzlərlə balığın ölənə qədər fırlanmasının SƏBƏBİ

"Sülhməramlılarla bağlı səslənən iddialar absurddur"

"Kilsə Rusiyanın son variantı idi"

Direktor müavininin meyit basdırdığı ərazidən GÖRÜNTÜLƏR

Deputat siyasi partiyaların fəaliyyətindən DANIŞDI

Qarabağ Universitetinə mətbuat katibi AXTARILIR

Xalq artistindən gənclərə DƏSTƏK

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişafı - MÜZAKİRƏ

Ayda 376 manata mənzil almaq istəyənlərin NƏZƏRİNƏ