“Qarabağ” ordeni ilə təltif olunan gizirin həyat yoldaşı - FOTO

10:32 10-12-2020 | icon 632 | Şəhidlər və şahidlər
“Qarabağ” ordeni ilə təltif olunan gizirin həyat yoldaşı - FOTO

“Zəng edib dedi ki, məndən nigaran qalmayın”

 

Ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediliblər.

 

Həmin şəxslərdən biri gizir Rufiz Budaqov ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunub.

 

Budaqov Rufiz Şirzad oğlu 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Tivi kəndində anadan olub.

 

O, əsgərliyini başa vurduqdan sonra gizirlik kursunda oxuyub. Ailədə dörd qardaşdırlar. Şəhidimiz evin böyük övladı olub.

 

R.Budaqovun həyat yoldaşı Nüşabə Budaqova deyir ki, Rufiz şəhid olan günü onlarla əlaqə saxlayıb:

 

“O, tank komandiri idi. Mənə zəng etdi, dedi ki, məndən nigaran qalmayın. Həmin vaxt əlaqə kəsildi. Murov yüksəkliyi uğrunda qəhrəmancasına döyüşüb.

Rufiz mehriban adam idi. İşlə əlaqəli evdə çox olmurdu. O, evə gələndə bizim üçün bayram olurdu. İşini çox sevirdi. Tankda hər hansı bir problem olan zaman onu özü söküb düzəldirdi. Vətəninə torpağına bağlı insan idi. Onun üçün də döyüşə ilk gedənlərdən oldu”.

 

Gizirimizdən iki qız, bir oğlan övladı yadigar qaldı… 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq