“Şuşa qartalı” adlandırılan şəhid mayor - FOTO

12:23 10-12-2020 | icon 478 | Şəhidlər və şahidlər
“Şuşa qartalı” adlandırılan şəhid mayor - FOTO

Yaralı halda xəstəxanadan çıxıb döyüşə yollanıb

 

Son döyüşlərdə göstərdiyi şücaətlərə görə döyüş yoldaşları ona “Şuşa qartalı” adını vermişdilər. O, Şuşa azad edildikdən sonra şəhidlik zirvəsinə ucalıb.

 

Versus.Az xəbər verir ki, bunu Vətən Müharibəsində şəhid olan mayor Bəhruz Abışovun qardaşı Zaur Abışov deyib.

 

Onun sözlrinə görə, 1983-cü il təvəllüdlü B.Abışov orta məktəbi bitirdikdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. Akademiyanı uğurla başa vuran B.Abışov N saylı hərbi hissədə bölük komandiri kimi işə başlayıb. Daha sonra müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə çalışmağa başlayıb.

 

Z.Abışov əlavə edib ki, qardaşı müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. O, Murovdağ yüksəkliyi, Cəbrayıl, Xocavənd rayonunun Hadrut qəsəbəsinin, Tuğ, Azıx, Böyüktağlar kəndlərinin, Daşaltı qəsəbəsinin, Şuşanın işğaldan azad olunmasında böyük qəhrəmanlıqlar göstərib: 

 

“Döyüş yoldaşlarının dediyinə görə, yaralanan zaman onu xəstəxanaya aparıblar. Ona deyiblər ki, bir neçə gün burada yatmalısan. Lakin “döyüş yoldaşlarım orada döyüşür, mən burada qala bilmərəm” deyib xəstəxanadan çıxaraq yenidən döyüşlərə gedib”. /trend/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq