Qarabağ, yoxsa “Fərəh Pəhləvinin xatirələri”!?

18:25 30-09-2018 | icon 1256 | Köşə
Qarabağ, yoxsa “Fərəh Pəhləvinin xatirələri”!?

 

 

Mitinq taktikasın(d)a oxunan fatihə

 

 

 

İGİD TEYMURLU

 

 

Bugünkü Azərbaycanda potensial güc olan gənclik üçün AZADLIQ EŞQİ önəm kəsb etmir, bu gənclik üçün “Fərəh Pəhləvinin Xatirələri” daha önəmli və daha cəlbedicidir. Bir “azadlıq təşkilatı”nın düzənlədiyi mitinqdə meydan iştirakçılarından olan gəncin Akif Nağıların boğuq səslərinə deyil, məhz Pəhləvi xanımının xatirəsinə böyük önəm verərək ekstaz vəziyyətdə solmuş vərəqləri olan kitaba göz gəzdirməsindən də bu, apaydın görünürdü...

 

Azərbaycanın gerçək durumuyla bağlı çalınan “SOS” siqnallarının mahiyyətini toplum olaraq biz ya anlamaq istəmirik, ya da anlaya bilmirik...

Başımız teleşoulara və MÜXALİF ƏTlə, Qarabağ adından istifadə etməklə QAT-qat “bronjilet” geyən təşkilatların “MƏHSUL” YIĞIMIna qarışdırılır...

 

Elman Türkoğlu da day qocalıb, ya da ki, yorulub – birliyimizi simvolizə edən türk bayraqlarını daşımaqdan...

 Dərd orasındadır ki, bu gün Şəhid övladı da hansısa “başlanğıc”dan dəm vurur!!! Anam, bacım, qızım, atam, qardaşım, oğlum, adama deməzlər ki, bəs sənin atan, bəs sənin oğlun, bəs sənin qızın nəyin uğrunda Şəhid olub!? O Şəhidlik, o Əlillik, o Döyüş nəyin başlanğıcı idi?

 

QAT sədri bəyan edir ki, “bu mitinq bir başlanğıcdır. Bizim hədəfimiz Azərbaycan hakimiyyətidir. Qarabağ mövzusunda hakimiyyət sərt addımlar atmalıdır. Hakimiyyətin atacağı addımlar tərəfimizdən müdafiə olunacaq... Digər bir hədəfimiz beynəlxalq təşkilatlardır ki, siz nə qədər Ermənistanı müdafiə edəcəksiniz”...

Xub, Akif Nağı, xub. Öyləsə, söylə görəlim, siz bu zamana qədər kimləri müdafiə edib və kimlərdən haqq-hesab sormusunuz, kardeşim və nədən?

Xub, Akif Nağı, xub. Öyləsə, söylə görəlim, siz bu zamana qədər aparılan “mitinq mübarizələri”ni heçmi sandınız, kardeşim və nədən?

 

Xub, Akif Nağı, xub. Öyləsə, söylə görəlim, axı bu dediyiniz “başlanğıc” hansı addımların sonudur, kardeşim və nədən? Və nədən siz Akif Nağılar 30 ildən artıq bu mənasız addımların kölgəsində yatıb özünüzü günə vermisiniz?..

Günümüzə baxın ki, ərazisinin 25 faizi Ermənistan tərəfindən işğal olunan “azərbaycanlı Qazi” Akif Nağının mitinqində “Qafqaz insanının təhlükəsizliyini təmin edəcəkləri”ndən söz açır. Heyif yeri deyil, yaxşı bir anekdot danışardım, Nemət Pənahlı qəşş edərdi...

 

Polkovnik İlham İsmayıl düz deyir ki, “bu gün cəmiyyətdə müharibə ruhu yoxdur”, yalandan ... şey eləmək lazım deyil.  Hər kəs ordunun gücündən danışır, elə mən də. Bu baxımdan polkovnik İlham İsmayıl yenə də düz deyir ki, “hanı bəs bizim diversant qruplarımız, nədən ermənilərin Qarabağda tikib qurduqları obyektlərin altını üstünə çevirmirlər”. Ama əvəzində bütün kluarlarda “Qarabağı Rusiya qaytara bilər” illüziyası formalaşdırılır. Əzizlərim, Rusiya Qarabağı heç zaman qaytarmayacaq, çünki Rusiya çar I Aleksandra edilən müraciətdən tutmuş Putinə qədər yol gəlib ki, əlində tutalğac, əlində təzyiq vasitəsi olsun. Əgər Rusiyaya ümid bəsləyirsinizsə, onda bəzi ateist qocalar demişkən, ümidlərinizə bir cırrıt fatihə. Bəslədiyin ümidləri elə içinizdə də gömün: gedin samovar çayınızı, pivənizi için. Balıq zakaz verib, noxudlarınızı əlinizdə oynadın...

 

BABALSINIZ, AY ALLAH EVİNİZİ YIXMASIN, 1988-ci ildə Qarabağda doğulan Xorenin 30 yaşı var və sizin indi “hədəf” seçdiyiniz beynəlxalq təşkilatlara o da öz ismarıcını “ara, vorot ...em, 30 il bundan qabaq mən burda doğulmuşam, bura mənim vətənimdir” deyə diş qıcamaqla yollayır. Və günün birində doğrudan da, Amerika, Avropa  Fələstin, Qüds məsələsində İsrailin yanında necə durdusa, bax eləcə də erməninin yanında durub bizə Qarabağın fatihəsini oxutduracaq. Və kəlmeyi-şəhadətini iki variantda oxuyan millət onda bir fatihə oxumaq üçün mıqq eliyə bilməyəcək. Bax o günlə qarşılaşmamaq üçün MİLLƏT SİLAHA SARILIB BÜTÜN BEYNƏLXALQ QANUNLARA TÜPÜRMƏKLƏ (NECƏ Kİ, HƏMİN BEYNƏLXALQ TƏŞKİLATLAR, DÖVLƏTLƏR BİZİM HAQQIMIZA DA, HÜQUQUMUZA DA TÜPÜRMƏYİBLƏR E, HAYXIRIBLAR) ERMƏNİSTANI QAFQAZDAN ÇIXARMALIYIQ. ANCAQ MÜHARİBƏ – YAŞAMAĞA LAYİQİKSƏ, YAŞAYAQ, ÖLMƏYƏ LAYİQİKSƏ, ÖLƏK. HƏR GÜN ERMƏNİSTANA MEYİDLƏR YOLA SALINMALIDIR. VƏSSALAM, ŞÜTTƏMAM...

 

30 ildir ki, biz “Ya Qarabağ, ya ölüm!” deyə-deyə heç nəyi əldə edə bilməmişik. Anladığımız və anlatdığımız bir şey olub ki, “mı ne jivjom, mı prosto suşestvuyem”. Ol səbəbdən də, qrantla bizi RAM EDƏNLƏR çoxalıb...

 

Bəlkə də bunun göstəricisi idi ki, uzaqdan-yaxından gələnlər Akif Nağının mitinqində bir BAŞLANĞICa da guya ki, qol qoydular.  Hacı Vidadinin moizəsiylə ölən və öldürülən ruhumuza bir salavat  çevrildi, rahat uyumamız üçün bir fatihə də oxundu. Bəlkə də bu, təşkilatçıların həm də bir mesajı idi cəmiyyətə...

 

Mitinqin aparıcısı Mirmahmud Mirəlioğlunun “”Azərbaycana Günəşin şimaldan düşəcəyini könlündə düşənlər var”, “erməniyə dəstək verən Tehran rejiminə ar olsun” bulmacasında sanki Qərbə leylək sədaqəti göstərilirdi və göstərilirdimi?..

Mitinq təşkilatçılarından Mirmahmud bəyin birliyimiz amacıyla “başlanğıc”dan, general İsgəndər Həmidovunsa “biz Şeytanla əməkdaşlıq edərik, ama bu iqtidarla yox” açıqlamasında da bir təzad var idi...

 

İslam Partiyasının yetkilisi Akif Heydərlinin “Qarabağın işğalı Qüdsün işğalının davamıdır” deməsi nə qədər pafoslu səslənsə də, tarixçi Mirəlioğlu və tarixçi Akif Nağı tərəfindən yanlışlar düzəldilməliydi. Ancaq düzəldilməlidi. Həm tarix baxımından, həm də mənəvi prinsiplər baxımından Akif bəyin bu tapıntısı qafiyəyə düşməsə də, ortalıqda olan iddia var yurd sevgisinin təzahürü deyildi...

 

YURDUM MƏNİM ÜÇÜN HƏM MƏKKƏDİ, HƏM MƏDİNƏ!

YURDUM MƏNİM ÜÇÜN HƏM MƏŞHƏDDİ, HƏM KƏRBƏLA!!

Və Qarabağın işğalı Qüdsün işğalının davamı deyil, Qüdsün işğalı Qarabağın işğalının davamıdır. Hansı ki, elə həmin bədəvilər, elə həmin rejimlər işğal olunmuş Azərbaycan torpaqlarının qan ağlamasına bu günün özündə belə soyuqqanlılıqla baxmadadılar!...

 

Bugünkü Azərbaycanın gerçək durumunda da Qarabağ bir xəyal olaraq yaşanmaqdadı. Mitinq taktikasının ərsəyə gətirdiyi reallıqsa budur: Fərəh Pəhləvinin xatirələrini oxumaq qrant həsrətli xor kapellasının oxuduğu “Qarabağ” ariyasından daha cəzbedicidir...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı