Uzun müddət yaralı və komada olan əsgərimiz şəhid oldu

01:04 17-12-2020 | icon 580 | Şəhidlər və şahidlər
Uzun müddət yaralı və komada olan əsgərimiz şəhid oldu

Siyəzən igid şəhidi Saatmirzə Feyruz oğlu Əzimovu son mənzilə yola salıb.

 

Versus.Az Modern.az-a istinadən xəbər verir ki, 23 yaşlı Siyəzən şəhər sakini Saatmirzə Əzimov bir neçə il əvvəl hərbi xidmətini başa vursa da, Vətənin dar günündə biganə qalmayıb.

 

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Siyəzəndən cəbhəyə könüllü getmək istəyənlərin sırasında Saatmirzə öndə olub, təkid edərək könüllü vuruşlara qatılıb. Qarabağda gedən döyüşlərdə ağır yaralanan 23 yaşlı gəncin hətta bir müddət əvvəl şəhid olması xəbəri yayılıb. Amma yaralı olan Saatmirzə Əzimov uzun müddət hospitalda komada olub. Həkimlərin səyinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb.

 

Saatmirzə Əzimov ailənin tək oğlu olub, indi ailənin azyaşlı bir qızı qalıb.

 

Siyəzən İH başçısı Novruz Novruzov şəhidin cənazəsinə bükülmüş Azərbaycan bayrağını şəhidin atası Feyruz Əzimova təqdim edib. Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Siyəzən İH və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon sakinləri iştirak edib. Şəhid Saatmirzə Əzimov Siyəzən şəhər qəbristanlığında dəfn olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq