Daha bir qəhrəmanımız - Şəhid Niftalı Mehdili - FOTO

15:02 17-12-2020 | icon 2152 | Şəhidlər və şahidlər
Daha bir qəhrəmanımız - Şəhid Niftalı Mehdili - FOTO

44 gün davam edən və böyük qələbəmizlə başa çatan Vətən Müharibəsində qəhrəman Ordumuz şücaət göstərərək, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etdi. Belə qəhrəmanlarımızdan biri də şəhid Niftalı Mehdilidir. 

 

Mehdili Niftalı Qnyaz oğlu 1996-cı il mayın 15-də Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2003-cü ildə Bərgüşad kənd məktəbində birinci sinfə gedib və 2011-cu ildə oranı bitirib. 

 

2014-cü ildə Niftalı Mehdili həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə fəallığı və cəsurluğu ilə seçilib. 2015-ci ildə xidmətini başa vurub. 

 

2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə könüllü şəkildə qatılıb. Gərgin döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Suqovuşan qəsəbəsinin azad edilməsində göstərdiyi şücaətə görə ona gizir rütbəsi verilib. Həmin döyüşdə 20 erməni əsgərini məhv edib. 

 

Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə yüksəlib.

 

Oktyabrın 16-da doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq