Hava hücumundan düşmənə qarşılıq verən ŞƏHİD

11:51 20-12-2020 | icon 1772 | Şəhidlər və şahidlər
Hava hücumundan düşmənə qarşılıq verən ŞƏHİD

Şəhid Fərid Hüseynov Yaşar oğlu 1997-ci il iyun ayının 17-də Sabirabad rayonunun Məmişlər kəndində dünyaya göz açıb. 2004-cü ildə orta məktəb gedib. Orta təhsillidir.

 

Versus.Az xəbər verir ki, Fərid 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və 2016-cı ilin yanvarında hərbi xidməti bitirib.

 

Şəhidimiz evin kiçik övladı olub. Fəriddən başqa evdə Günay və Aytən adında iki bacısı var.

 

İkinci Qarabağ müharibəsi başlayan ilk günlərində - sentyabrın 21-də Sabirabad rayonu hərbi komisarlığı tərəfindən səfərbərliyə çağırılıb. Sentyabrın 27-dən döyüşlərə qatılıb.

 

Fərid döyüşlərə Füzulidə başlayıb. Döyüşlərdə hava hücumundan düşmənə qarşılıq verib. Axırıncı döyüşü oktyabrın 30-da olub. Hadrutun Tuğ kəndində 5 nəfər olmaqla yerlərini dəyişib ön cəbhəyə keçərkən yağı düşmən tərəfindən atəşə tutulublar. Onlardan üçü Şəhid olub, bir komandir və bir əsgər yaralanıb.

 

Şəhidlik zirvəsinə ucalan Fərid Hüseynov Sabirabad rayonunun Qaralar qəbirsanlığında dəfn olunub.

Allah Rəhmət eləsin. Azərbaycanın igid oğlu, Ruhun şad olsun.

 

 

Nihad Güləliyev, Ləman Güləliyeva
/Xırdalan şəhər 7-nömrəli məktəbin şagirdləri/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq