Əli Kərimli və 40 "quldur"

12:08 02-10-2018 | icon 910 | Köşə
Əli Kərimli və 40 "quldur"

 

 

FƏRİD İMRAN

 

 

 

Aylardır "Qarabağa azadlıq" mitinqinin keçiriləcəyi günü gözləyirdim. Nəhayət ki, həmin gün gəlib çatdı. Səhər tezdən yuxudan oyanan kimi sosial şəbəkələrə girdim. Mitinqə çağırışların az olmasını görüb, bir anlığa qorxdum.

 

Bir gün qabaq Qarabağ Komitəsinin iclasında sonadək iştirak etdim. İclas bitəndən sonra Akif bəyə hər şeyin yaxşı olacağını və sabah mitinqdə mütləq iştirak edəcəyimi bildirmişdim. Bu əhval-ruhiyədən sonra sosial şəbəkələrin mitinqlə bağlı passiv olması bir az pis oldu. Mitinqə getmək üçün yolpulum belə yox idi. Dostumdan borc alıb, yollandım.

 

Saat 13:55-də meydana çatdım. Təxminən 150 nəfər insan heç yox idi. İnsanların az gələcəyindən yenə narahat oldum. Amma narahatlığımı bir fikir pozurdu. Dünən Akif bəyə dediyim kimi "mitinqə nə qədər insanın gəlməsi yox, kimlərin gəlməsi maraqlıdır". Yəni ürəyi həqiqətən də Qarabağla döyünən hər kəs orada olacaqdı və oldu da.

 

Saat 14:50-də tribunanın üst tərəfinə, foto-repartyorların durduğu tərəfə və gördüyüm mənzərə gözlərimi yaşartdı. Mitinqə xeyli sayda insan gəlmişdi.

 

Bu mitinq fikrimcə son 15 ildə ən izdihamlı mitinq idi. Son illərdə uğursuz antiMilli Şuranın keçirdiyi qohum-əqraba və ya adama "5-10manat"-lıq mitinqləri insanlarımızda mitinqdə iştirak səviyyəsini kəskin azaldıb. Keçirdikləri mitinqlərdə meydanda 1000 nəfər adamın olmağına baxmayaraq, Əli Kərimli və 40 "quldur" utanmadan 10000 insan mitinqdə iştirak edib deyirdi. Yalansa 10000 daş düşsün "təpənizə".

 

Şəxsi hesablamalarıma görə "Qarabağa azadlıq" mitinqində 3000 nəfərdən çox insan iştirak etdi. Əli Kərimli və 40 "quldur" kimi desək "Qarabağa azadlıq" mitinqində 30000 insan iştirak etdi. Mitinqdən narazı qalanlar da oldu. Razıyam. Təşkilati işlərdə çox böyük nöqsanlar var idi. İlk dəfə üçün nəzərə almaq olar. Qarabağ Komitəsindən olan 1-2 şəxsin fikirləri ilə insanlar razılaşmırdılar. Elə düz də edirdilər.

Siyasi mücadiləni Qarabağa qatmayın, əzizlərim!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı