Tovuz döyüşləri şəhidi Elşad Məmmədovun xalası oğlu da şəhadətə ucalıb

01:00 22-12-2020 | icon 443 | Şəhidlər və şahidlər
Tovuz döyüşləri şəhidi Elşad Məmmədovun xalası oğlu da şəhadətə ucalıb

İtkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

 

Versus.Az xəbər verir ki, söhbət Yusifov Elbrus Şəmsi oğlundan gedir.

 

O, ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də əlaqə saxlaya bilmişdi.

 

1985-ci ildə Tovuzun Ağdam kəndində anadan olan Elbrus Yusifov Silahlı Qüvvələrdə MAXE kimi xidmət edib.

 

Kiçik çavuş Tovuzda yerləşən N saylı hərbi hissənin kəşfiyyatçılarından olub. O, daha sonra Qaraqaya yüksəkliyində manqa komandiri kimi xidmətini davam etdirib. Elbrus Yusifov bu ilin iyulunda baş verən Tovuz döyüşlərinin də iştirakçısı olub. 

 

Vətən Müharibəsində isə Murov yüksəkliyinin azad olunmasında iştirak edib və həmin ərazidə qəhrəmancasına şəhid olub.

 

Qeyd edək ki, Elbrus Yusifov Tovuz döyüşlərində şəhid olan Elşad Məmmədovun xalası oğludur. Şəhidimiz bu gün Ağdam kəndinin Şəhidlər Xiyabanında, şəhid xalası oğlunun yanında torpağa tapşrılıb.

 

Onu da əlavə edək ki, şəhidimizin iki övladı vətənə yadigar qaldı. /"Qafqazinfo"/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq