Bakıda “Simurq” uşaq musiqi festivalı keçirilir

10:31 03-10-2018 | icon 1353 | Uşaq Dünyası
Bakıda “Simurq” uşaq musiqi festivalı keçirilir

Bakı Media Mərkəzinin dəstəyi ilə “Simurq” uşaq musiqi festivalı layihəsi həyata keçirilir.

 

Mərkəzdən Versus.Az-a verilən məlumata görə, festivalın başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

Layihənin müəllifi və rəhbəri tanınmış pianoçu, nüfuzlu beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadədir.

Gələcəkdə festivalın bütün musiqi alətlərini əhatə etməsi nəzərdə tutulur. Hələlik isə layihədə yalnız 7-18 yaş arası pianoçular iştirak edir.

 

Festivalın hazırkı mərhələsində 10 nəfər iştirakçı seçilib. Layihə çərçivəsində iştirakçılar Azərbaycan, Rusiya və başqa ölkələrdən olan tanınmış pedaqoqların, musiqiçilərin ustad dərslərində iştirak edəcək. Bundan başqa, gənc ifaçılara səhnədə düzgün və peşəkar davranışa dair təlimlər keçiriləcək.

 

Qeyd edək ki, gənc istedadlar artıq P.İ.Çaykovski adına Moskva Konservatoriyası nəzdində olan Mərkəzi Musiqi Məktəbinin xüsusi fortepiano şöbəsinin müdiri Mira Marçenkonun ustad dərslərində iştirak edib və onun verdiyi tapşırıqları yerinə yetiriblər.

 

Oktyabrın 19-da isə "Simurq" musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində məşhur rusiyalı pianoçu Daniil Sayamovun solo konserti keçiriləcək. Digər tanınmış pedaqoq və musiqiçilərin də festival iştirakçıları üçün ustad dərsləri mərhələli şəkildə təşkil olunacaq.

 

Layihə haqqında daha ətraflı məlumatı festivalın www.simurqfestival.com rəsmi internet saytından, FacebookInstagram və Youtube sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı