Film kimi ...

11:18 28-12-2020 | icon 711 | Şəhidlər və şahidlər
Film kimi ...

Mərd, cəsarətli və qətiyyətli...

 

Artıq bitməsinə sayılı günlər qalmış 2020-ci il Azərbaycan tarixinə Qalibiyyət salnaməsi kimi daxil oldu. Müharibəyə qatılmış hər bir azərbaycanlı rəşadət və qəhrəmanlıq göstərərək, Vətən tarixi yazdı. Ömür yolları gənclərimiz üçün örnək olacaq bu igidlərimizin hər biri torpaqda ən çox haqqı olanlardır. Yalnız Vətən deyərək bu müqəddəs amal uğrunda mübarizəyə atılmış hər bir soydaşımız barəsində yazılar yazılmalı, onların şərəfli döyüş yolları işıqlandırılmalı, gənc nəsilə örnək kimi təqdim olunmalıdır.

 
 
Haqqında hələ uzun illər danışılacaq 44 günlük Vətən müharibəmizin möcüzə nəticəsində sağ qalan, film kimi döyüş yolu keçmiş, Füzulinin Aşağı Əbdülrəhmanlı kəndinin işğaldan azad olunmasında müstəsna xidmətləri olmuş Silahlı Qüvvələrimizin kapitanı Asim Quliyev kimi...
 
 
Kapitan Quliyev Asim Əfrasim oğlu 1989- cu il sentyabr ayının 15 - də Bakı şəhərində anadan olub. Nizami rayonunda yerləşən 272 nömrəli orta məktəbin 8-ci sinfini bitirərək, 2003- cü ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub. 2006- cı ildə litseyi bitirdikdən sonra H.Əliyev adına Hərbi Ali Məktəbə daxil olub. A.Quliyev 2010-cu ildə Silahlı Qüvvələrin təlim-tədris mərkəzinə daxil olub və 1 il təhsil alıb. Təhsilini bitirdikdən sonra Gəncə şəhərindəki hərbi hissələrin birinə taqım komandiri təyin olunub.
 
 
A.Quliyev 2016-cı ilin Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, general P.Həşimovun komandanlığı altında döyüşlərdə iştirak etmişdir.
 
 
Vətən müharibəmiz başlandıqda müharibənin ilk günlərindən döyüşə qatılan hərbçimiz:
 
"Bütün hərbicilərin borcu olduğu kimi mənim də borcum torpaqların azad olunmasında iştirak etmək idi. Aşagi Ədbulrəhmanli kəndinin düşməndən azad olunmasında iştirakım ömrümün ən unudulmaz və fəxarətli günlərindəndir. Heyf ki, yaralandım və sona qədər döyüşə bilmədim".
 
 
Vətən müharibəmizdə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin işğaldan azad olunma əməliyyatı oktyabrın 13-də baş tutdu.
 
"Mən əraziləri tanımadığım üçün birinci əraziyə özüm gedirdim , tam bələd olduqdan sonra isə hərbi heyyət arxamca gəlirdi.
 
Oktyabrın 13 -ü səhər saat 7- 8 radələrində əsgərlərimizlə birlikdə hücüma keçdik , düşmən səngərini yardıq və düşməni məğlubiyyyətə uğratdiq. Birinci dəfə yaralandım . Məni uzaqlaşdırmaq istəsələr də razı olmadım və döyüşə davam etdik.
 
Fikirləri ilə o günlərə qayıdan, yaralı zabitimiz aram - aram sözünə davam etdi:
 
"Düşmən səngərini tutduqdan sonra səngərdə olan kameraların şunurlarını kəsirdik ki, heç bir xəbər olmasın"
İkinci dəfə yaralandım. Döyüşü saxlamayıb davam etdirmək üçün tapşırıqlar verdim. Hərbçilərimiz döyüşü davam etdirdi. Mənimsə beynim yatmışdı. Səs eşidirdim, amma cox zəif..
 
 
...Ayildıgımda iki nəfərin səsini eşitdim. Onlar "Bakinis" deyə - deyə gəlir, elə bil əllərində zırpaket partdladırdılar. Onda mənim ayağım sınmışdı, sağ qolum möhkəm əzilmişdi. Buna baxmayaraq Allah mənə elə güc verdi ki, qalxıb silahı əlimə alaraq düşmən əsgərlərini baş nəhiyəsindən vurdum. Sonra özümü minalı sahəyə atdım və yamac olan tərəfə yuvarlandım. Həmin sahədən uzun bir məftil tapib ərazini yoxlayaraq minlanmış sahədən çömələrək keçdim. Yuvarlandıgım sahədə havanın qaralmağını gözlədim. Üzü başqa səmtə sürünərək meşəliyə gedib çıxdım. Susuzluğum çox idi. Su içmək istəyirdim. Səhərə qədər yatırdım -ayılırdım. Susuzluqdan yata bilmirdim. Səhəri gözləyirdim ki, otların üstünə şeh düşsün...
 
 
Hava acılmağa başlayanda sürünərək gəldiyim yerdə yağış yagması nəticəsində yaranmış axur gördüm. Doyunca su icdim.
 
 
Özümü suyun içində mövqeyləndirdim. 2 gün tam olaraq fəailyyətim olmadı. Orda qaldim. Sol qolumun yanında böyük bir ağacın budağından tuturdum ayağmı suyun icində saxlayaraq dirək verirdim. 2 gündən sonra artıq özümə gəlmişdim. Fikirləşdim ki, burdan çıxmalıyam. Maykamı cirib əlimə əlcək kimi bağladım. Tikanli olan ərəzilərlə sürünməyə başladım. Çatdığım yerdə daha böyük axur kimi bir yer var idi. 4 gecə də orda qaldim. Gündüzlər dayanır , gecələr postumuza tərəf sürünməyə başlayırdım. Artıq səslər eşidirdim. İlk düşdüyüm yerdə düşmən səsi gəlirdisə, burda isə artıq öz əsgərlərimizin və texnikalarımızınn səsi eşidilirdi. Mən həmin səs gələn tərəfə getmədim, cünki əsgər mənim neytral ərazidən gəldiyimi görər və məni vura bilərdi. Həmin vaxt mən onu başa sala bilməzdim ki, mən azərbaycanliyam. Ayaq üstə də dayana bilmirdim, yalnız sürünürdüm.
 
 
Ayağım sınmışdı. sağ qolum işləmirdi. Tək sol qolumla sürünürdüm. Mən onlara işarə verə bilməzdim. Özümüzünkülər tərəfindən vurulmayım deyə məcbur olub gəldiyim istiqamətdə irəlilədim. Neçə gündən sonra hava işiqlaşdıqda yanımdakı böyürtkan kolunun üstündən böyürtkəni tapib yeyendə, əllərimi açıb Allaha dua etdim. Axşama qədər orda gözləyib hava qaralanda qamışlıq istiqamətinə keçdim. İki dəfə ayağa qalmaq istədim, yixildim. O vaxta qədər mənə çatmırdı ki, ayaqlarıma nə olub. Sol qolumla çiynimi qamişlıqdakı iri qamışa söykəyib irəliləədim.
 
 
İki yol var idi. Bizim səngərə hansı yolun getdiyini dəqiq bilmirdim. Yolda suyunu içib atdığımız su qablarını gördüm. Onların etkelərindəki tarix ilə günləri təxmini təyin etdim.
 
 
Nəhayət, bizim səngərə çatdıqda, "gözlə, səni vuracağam" - deyən əsgərə "bələdcini çagir gəlsin" - dedim.
Əsgərlərə həmin gün qurban payı gəlmişdi .Təsadüfən 1 pay artıq qalmışdı. 4 gün soyuq, agrı- aci bilməyən mən yeməyi yeyəndən sonra üşüdüm".
 
 
Kapitan sözünə ara verir. Gözləri yol çəkən qəhrəman hərbçimizə heç nə deyə bilmirəm. Gözüm film kimi günlər yaşamış igidimizin baxışlarına sancılır...
 
Mərd, cəsarətli və qətiyyətli...
 
 
 
Mehriban Sadıqova
/Filoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq