Saxta sənədlərlə bağlı təlim keçirilir

13:47 01-03-2018 | icon 459 | Siyasət
Saxta sənədlərlə bağlı təlim keçirilir

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi və Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın bir sıra dövlət qurumlarının əməkdaşları üçün təşkil edilmiş saxta sənədlərin identifikasiyası mövzusunda iki günlük təlim öz işinə başlayıb.

Nazirlikdən versus.az-a verilən məlumata görə, 2014-cü ilin 1 sentyabr tarixindən etibarən Avropa İttifaqının əsas, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun və Dövlət Miqrasiya Xidmətinin müştərək maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunmuş təlimdə Nazirlər Kabinetinin, Xarici İşlər, Daxili İşlər, Müdafiə və Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat və Dövlət Miqrasiya Xidmətlərinin, eləcə də Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edir.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi, səfir Faiq Bağırov təşkil olunmuş təlimin əhəmiyyəti barədə danışıb. F.Bağırov saxta sənədlərin, xüsusilə səyahət sənədlərin və vizaların saxtalaşdırılmasının qarşısının alınması üçün preventiv tədbirlərin həyata keçirilməsi, həmin sənədlərin identifikasiyası sahəsində Azərbaycan Respublikasının dövlət qurumlarının potensialının gücləndirilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinin, eləcə də beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin təşkil olunmasının vacibliyini vurğulayıb. Bu xüsusdə, təlimin təşkilinə görə BMqT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə öz təşəkkürünü bildirən F.Bağırov, bu sahədə gələcəkdə birgə silsilə tədbirlərin təşkil olunacağına ümid etdiyini bildirib.

BMqT-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak saxta sənədlərin istifadəsinə qarşı mübarizənin gücləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın, BMT-nin və müvafiq qurumların birgə fəaliyyətinin zəruri olduğunu deyib. Bu sahədə fəaliyyət göstərən Azərbaycanın bir sıra dövlət qurumlarının nümayəndələrinin təlimdə iştirakını müsbət qarşılayan S.Aktoprak, təlimdə iştirak edəcək Avstriya Respublikasından olan ekspertlər barədə məlumat verib.

Tədbir zamanı səyahət sənədlərinin təhlükəsizlik elementləri, çap texnikaları, bu sahədə biometrik məlumatların tətbiqi və saxta sənədlərlə bağlı aktual trendlər kimi vacib mövzularda təqdimatların edilməsi gözlənilir. Təlim iştirakçılarına saxta sənədlərin identifikasiyası mövzusunda maarifləndirmə materialları təqdim olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol