Toy günündə bəy kostyumundan imtina edərək, hərbi forma geyinən şəhid polkovnik-leytenant - FOTO

13:09 05-01-2021 | icon 611 | Şəhidlər və şahidlər
Toy günündə bəy kostyumundan imtina edərək, hərbi forma geyinən şəhid polkovnik-leytenant - FOTO

44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant Məmmədov Sadiq Sadəddin oğlu da var.

 

Versus.Az xəbər verir ki, Sadiq Məmmədov 1981-ci ildə Qax şəhərində dünyaya göz açıb. Ailənin birinci övladı olan Sadiq məktəbdə oxuduğu dövrlərdə təlim-tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Dəfələrlə şahmat və idman yarışlarında birincilik əldə edib. Sadiq 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub, 2002-ci ildə həmin akademiyanı leytenant rütbəsi ilə bitirib. Zabit kimi xidmətinə Salyan rayonunda N saylı hərbi hissədə başlayıb. Daha sonra bir neçə hərbi hissədə xidmətini davam etdirib. 22 illik xidməti dövründə nizam-intizamı, döyüş təcrübəsinə görə müxtəlif dərəcəli medallar və fəxri fərmanlarla mükafatlandırılıb, polkovnik-leytenant rütbəsinə kimi yüksəlib.

 

2016-cı il Aprel döyüşlərində iştirak edən Sadiq Məmmədov 27 sentyabrından başlayan Vətən Müharibəsinin qəhrəmanlarından biri olub.

 

39 yaşlı Sadiq Məmmədov 26 oktyabr tarixində Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Qax şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 2006-cı ildə ailə həyatı quran Sadiq Məmmədovun 2 oğul və 1 qız övladı ondan yadigar qalıb.

 

Qeyd edək ki, polkovnik-leytenant Sadiq Məmmədov Vətənə olan vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. /“Report”/

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq