Atasının döyüşdüyü torpaqlarda şəhid oldu

12:14 06-01-2021 | icon 455 | Şəhidlər və şahidlər
Atasının döyüşdüyü torpaqlarda şəhid oldu

İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də şəhid İsmayılov Amid Eldar oğludur. Şəhidimiz 1988-ci il fevralın 11-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub.

 

Şəhidimizin xalası oğlu Hüseyn Ağayev qəhrəmanımız haqqında xatirələrini danışıb.

 

“Amid üç bacının bir qardaşı idi. Ailənin bütün əziyyətini çəkən olub. Uşaqlığından sakit, mədəni, vətənpərvər insan idi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki işlərdə işləyib. Bir müddət sonra Amid yenidən hərbiyə qayıdıb. N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb”, - deyə Hüseyn qeyd edib.

 

H.Ağayev bildirib ki, İkinci Qarabağ müharibəsi başlayanda Amid Füzuli rayonu istiqamətində döyüşlərə yolanıb:

 

“Onu da qeyd edim ki, Birinci Qarabağ savaşı vaxtı şəhidimizin atası da Füzuli istiqamətində döyüşüb. Amid Füzulinin bir neçə kəndinin erməni işğalçılarından azad olunmasında iştirak edib. Qəhrəmanlıqla döyüşən Amid sentyabrın 28-də şəhid olub. Həmin günü də Biləsuvar rayonunun Təzəkənd kəndində dəfn olunub.

Ailəli idi. Bizlərə üç aylıq qızı yadigar qaldı. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub”. /Trend/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq