Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyət MƏQSƏDLƏRİ

10:33 07-01-2021 | icon 349 | İqtisadiyyat
Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyət MƏQSƏDLƏRİ

“Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti yenidənqurma və bərpa işlərini, məskunlaşma, regionda iqtisadi inkişaf, məcburi köçkünlərimizin geri qayıdışı ilə mühitin bərqərar olmasını təşkil edəcək”.

 

Bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım Fondun fəaliyyət məqsədləri haqqında məlumat verərkən deyib.

 

“Əsas işimiz bu istiqamətə yönələcək. Xüsusilə də, biz regionun iqtisadi potensialını da canlandırmalıyıq. Fondun başqa bir istiqaməti də həm yerli, həm də xarici sərmayələrin, investorların regiona cəlb olunması, bunun üçün müvafiq mühitin yaradılmasıdır”, - deyə o bildirib.

 

F. Yıldırım qeyd edib ki, artıq Fond çoxşaxəli prosesləri əhatə edəcək proqram üzərində çalışır:

 

“Proqram və Fondun nizamnaməsi təsdiq olunduqdan sonra bütün hesab nömrələri ictimaiyyətə açıqlanacaq. Regionda yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi uzunmüddətli proses olacaq və Fondun yaradılmasında əsas məqsəd də prosesi sürətləndirməkdən ibarətdir”. 

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq