“QURBAN MƏMMƏDOVUN HİCRƏTİ”

12:40 06-10-2018 | icon 1098 | Köşə
“QURBAN MƏMMƏDOVUN HİCRƏTİ”

VƏ MİLLİ ŞURANIN XURCUNUNDA OLANLAR

 

 

İGİD TEYMURLU

 

 

 

 

"...Qurban bəy öz proqramlarında tez-tez siyasi qurumlara edilən yardımların hesabatlılığından danışır. Belə yardım topladığı hesabat dəftərin o, hələ Sabirabad rayonunda cəbhəyə rəhbərlik edənda açmışdı. Lakin həbs edilmə ərəfəsində o, yardımı deyil, dəftəri indi də ictimaiyyət arasında geniş tanınan bir cəbhəçiyə verdi və həbs olunandan sonra vəkil vasitəsi ilə ona xəbər göndərdi ki, yardım dəftərin yandırsın. Lakin sonra Qurban bəy nə etdi ki, dəftəri əmanət saxlayan həmin cəbhəçi Bayıl həbsxanasına gəlib pəncərədən ona dedi ki, Qurban bəy, dəftəri yandırmamışam, o necə var, elə də qalır. Bəlkə proqramlarının birində “təmizliyi” sevən Qurban bəy buna da aydınlıq gətirsin..."...

 

Professor Cəmil Həsənlinin Avropada mühacir həyatı yaşayan tanınmış hüquqşünas, bir zamanlar Milli Şuranın bu hakimiyyətə göz dağı kimi təqdim etdiyi Qurban Məmmədov haqqında söylədiklərindəndir. Cəmil bəy Qurban Məmmədovun Qərbdən yönəli mesajlarına cavab olaraq iddia edir ki, adam zamanında "Cəbhənin ona verdiyi 16 min dolları" guya ki, mənimsəyib. Xub...Və lap mənimsəyib, mənimsəsə də elə indi ətrafınızda olan cəbhəçilərlə birgə yeyib də..

 

Guya ki, Cəbhəçilər aydan arı, sudan da duru olublar. Zatən Cəbhənin fəaliyyətində həm siyasi, həm də maliyyə fırıldaqları yetərincə olub. Hətta rəhmətlik Elçibəyin özü belə siyasi fırıldaqları etiraf edərək bildirirdi ki, “məni İranın və Rusiyanın uşaqları satdı”.

 

İndi də həmin “uşaqlar”  professor Cəmil Həsənlinin təqdimatında öz ölçülərindən böyük şineldə siyasi podiuma çıxarılır. Və Cəmil bəyin qədərindən artıq bu “uşaqlar”a verdiyi çəki onların gerçək potensialları ilə tərs mütənasibdir. Belə deyilsə, hanı bu “uşaqlar”ın 25 ildən artıq “müxalifətçilik mübarizələri”nin sonucu, hanı bu “uşaqlar”ın cəmiyyəti siyasi, ədəbi yöndə maarifləndirmə çabalarını əks etdirən möhtəşəm əsərləri? Yoxdur, əvəzindəsə özlərinin hər şeyləri var - “lümpen proletariat”ın əlində olmayan hər şey...

 

Bəlkə də bu “uşaqlar”ın siyasi müstəvidə öz müvazinətlərini saxlaya bilməmələrində belə şişirdilmiş təqdimatların rolu az deyil.

Digər bir tərəfdən, professor Cəmil bəy belə səmimidirsə, onda zamanında Rəhim Qazıyevin verdiyi müsahibədə  vurğulanan ““Quş” ləqəbli adamın ötürdüyü paralar”ın da harlara xərclənməsini Cəbhəçilərdən soruşub maliyyə fırıldaqlarından danışsın? Axı Cəmil bəy özü buna cəhd edir ki, iştirakçısı olmadığı hadisələri real görüntü olaraq təqdim edir. Adama deyərlər ki, Sabirabad olaylarında professor Cəmil Həsənli haralarda idi?..

 

Yenə də sual olunur. Hörmətli professor nədən bir tarixçi olaraq əlahəzrət FAKTLARA deyil, öz açıqlamasında daha çox ehtimallara üstünlük verir? Axı Cəmil bəy tarixçidir, belə təqdimatlar onun digər məsələlərə yanaşmasını da sual altına almırmı?

 

Yenə də sual olunur.  Bu eyhamlara və bu laflara söykənəsi olsaq (və sözarası onu da deyim ki, şəxsən mən başqa siyasi qurumlarda özünü “Milli Şuranın koordinatoru kimi aparan Əli aşiqlərinin düşünə və görə biləcəyi səviyyəyə uyğun desəm, “KƏNAR ADAM “ olaraq o lafları siyasi səbatsızlığın bir görüntüsü sanıram), Qurban bəyin para məsələsindəki “təmizliy”in əksi olan arzuolunmaz davranışları və “gerçək” halı, “gerçək” düşüncəsi, “gerçək” siması Cəmil Həsənli tərəfindən nədən bunca zaman kəsiyində cəmiyyətdən gizlədilərək millətin gözünə kül üfürülüb? Bir professora ifadəmə görə üzr istəyirəm, belə riyakarlıq yaraşarmı?

Ən elementar qaydada məsələyə yanaşsaq belə, artıq Cəmil Həsənlinin hansısa "Milli Şura" haqqında dedikləri, Cəmil Həsənlinin "Milli Şura"dakı hansısa bəylər xə xanımlar barədə söylədikləri  heyəti Məclislərinə sonradan qoşulan KƏNAR ADAMLARın jarqonuyla desək, "vozdux"dur.

Çünki bu adamlar Gültəkin xanıma Hacıbəylinin şəninə əvvəlki illərdən tam fərqli olaraq artıq beş ildən çoxdur ki, siyasi serenada oxuyurlar. Ama Qurban Məmmədova oxunan mədhiyyələrin yaşı daha böyük olsa da, deyəsən modern deyil, indi Qərbin istədiyi xallar yoxdu. Ən azından “Azadlıq” qəzetinin arxivi azca qurdalansa,  razılaşmayanlar deyilənlərin qarşısında “ləbbeyk” demək zorunda qalacaqlar.  Belə olan halda nəyinsə xatirinə Qurban Məmmədov kimi Hərəkat Dövrünün əsas simalarından birinin adının üstündən belə rahatlıqla xətt çəkmək başadüşülən deyil.

 

Dünənki dostu bu gün cəmiyyətə düşmən kimi sırımaqda hörmətli professor nəyin peşindədir?

 

Bir çox məmurların millətin parasını göyə sovurmalarıyla müqayisədə Qurban Məmmədov konusunun təqdimatında eybəcər cəmiyyət kodeksinin oturaq hala gətirilməsi mənəviyyata endirilən elə bir zərbədir ki, hələ uzun illər yetişən nəsil həqiqət axtarışıyla vurnuxa-vurnuxa qalacaq.

 

Ofşor şirkətlərdə olan hesablardan modern nağıllar düzənləyən adamlar, Qurban Məmmədovun 16 mini yeməsini az qala faciə kimi qələmə verən sizlər bəlkə kötük ikən, yaradıb səcdə etdiyiniz Bütün də Londondakı villasından, Azərbaycandakı məmurlardan da yaxşı olan həyat tərzindən, oğlunun gecə barlarındakı görüntülərindən və buna müqabil 20 qəpiklik peraşki həsrətli cəbhəçilərin öz balalarının başını qazanda yalxı su qaynatmaqla yuxuya vermələrinin acı həqiqətlərindən danışasınız. Bəs bunlar kimlərin ayırdığı paraların hesabınadır, bəs bunlar kimin pullarını göylərə sovururlar? Deyin də bu həqiqətləri. Yoxsa bunu da demək üçün yaratdığınız Bütün meracını gözləyirsiniz!? Öz təbirinizcə desək, “Qurban Məmmədovun hicrəti”ndən sonra onu əstəğfürullah, az qala müşrik kimi cəmiyyətə təqdim edirsinizsə, onda gerçəyin xatirinə öz xurcununuzda  olanları da aradabir günə çıxarın...

 

Əslində Qurban Məmmədov, yaxud Məmməd Qurbanov haqqında belə yanaşmaların sərgilənməsi tənqid olunandan daha çox, tənqid edənin kimliyininin üstünə kölgə salır. Dünən hakimiyyətdə təmsil olunan adam işdən çıxarılan kimi mələk timsalında təqdim olunursa, onda dünənki sözlərinə görə kim cavab verməlidir?  Axı bu “mələk” dediyin adamın da o konuda çəkə biləcəyi yük, çəkə biləsi yükü var...

 

Demokratiya cavabdehlik və məsuliyyət hissidirsə, nədən sizlər bundan boyun qaçırıb fəaliyyətinizi başqasını tənqid, başqasına hücum taktikası üzərində qurursunuz? Və elə bununla da, əslində ətrafınızda olan 3-5 adamın kimliyini də anındaca sual altına qoyursunuz. Kim qarant verə bilər ki, indi ətrafınızda olanlar  sabah sizdən uzaqlaşanda Qurban Məmmədov haqqında dediklərinizin on qatını o kəslər üçün söyləməyəcəksiniz? Və söhbət ziyalılıqdan gedirsə, indi nədən həmin neqativlər barədə söylənilmir? “Təmizliyi” sevənlər bəlkə bundan da danışasınız,  özü də heç bir dırnaq işarəsi olmadan.....

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”