Qəhrəmanımızı tanıyaq

11:24 12-01-2021 | icon 976 | Şəhidlər və şahidlər
Qəhrəmanımızı tanıyaq

Xüsusi təyinatlı kəşfiyyatçı - Həsənov Qəzənfər

 

Həsənov Qəzənfər Yunis oğlu 1994-cü il dekabrın 5-də Naxçıvan şəhər Babək rayonunun Vayxır kəndində dünyaya göz açıb.

 

Qəzənfər Həsənov əsgəri xidmətini başa vurduqdan sonra hərbidə müddətdən artıq çavuş kimi işləyib. Elə ordan da Vətən müharibəsində iştirak üçün oktyabrın 11-də Bakıya gəlib. Oktyabrın 12-dən Qəzənfər artıq döyüşlərdə iştirak edib. Qəhrəmanımızın ilk döyüş yolu Xocavəndin Hadrut qəsəbəsindən başlayıb. O, xüsusi təyinatlı kəşfiyyatçı kimi rəşadətlə döyüşüb.

 

Qəzənfər Şuşanın alınmasına qədər gələn yolda, Kəlbəcər də daxil olmaqla demək olar ki, bütün torpaqlarımızın azad edilməsində iştirak edib. O, Şuşaya birinci daxil olan döyüşçülərimizdəndir.

 

Qəzənfər Həsənov Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Qeyd edək ki, Qəzənfər Həsənov dekabrın 1-də təxris edilib.

 

 

İnci Həsənzadə
/Xırdalan, 7 nömrəli məktəbin 8c sinif şagirdi/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq