Qənirə Paşayevadan əleyhdarlarına sərt cavab

15:36 01-03-2018 | icon 662 | Gündəm
Qənirə Paşayevadan əleyhdarlarına sərt cavab

“Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əlehimə bəzi "mənbə"lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında yazılar göstərdi. Nə deyim... Allah sizə ağıl versin. O qədər ağılsızsınız ki ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz”.

Versus.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva özünə qarşı aparılan “qara piar” kampaniyasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, dünən bəzi saytlar və sosial şəbəkə istifadəçiləri Qənirə Paşayevanın Avropada mühacirətdə yaşayan və Azərbaycan iqtidarına qarşı mütəmadi çıxışlar edən videoblogger Orduxan Teymurxanla birgə şəklini yayaraq, deputatı haqqında bəzi ittihamlarla çıxış ediblər. Qənirə Paşayeva isə həmin şəxslərə belə cavab verib:

“Nə zaman işğalçı Ermənistanla, separatçılarla, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır, onda əlehimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası da başlayır. Və ya bəzi kimliyini bildiyim şəxslərin mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əleyhimə bu cür şər-böhtanları yayma fəaliyyəti. 

Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə, adınızı yazmama belə layiq deyilsiniz. Mən Türk qızıyam. Allahdan belə qorxmadan şər-böhtan, yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim. Çünki illərdir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı. 

Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının sizinlə foto çəkdirəcəm deyərək, qəfil kənardan çəkdiyi bir selfi fotosunu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda, ağlına gələni yazaraq, guya, mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə sadəcə bunu söyləmək istəyirəm: Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq, foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü də... Onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını da... Və ya kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də... Özünüzü bu qədər gülünc yerinə qoymayın”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı