24 yaşlı şəhidi Nadir Muradovun döyüş yolu - FOTO

16:58 13-01-2021 | icon 414 | Şəhidlər və şahidlər
24 yaşlı şəhidi Nadir Muradovun döyüş yolu - FOTO

44 günlük İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərimizdən biri də 24 yaşlı Muradov Nadir Əhməd oğludur.

 

 

Əslən Göygöl rayonundan olan Nadir Muradovmüharibənin ilk günlərindən ön cəbhəyə yollanan qəhrəmanlardan olub. 

 

Şəhidin qardaşı Əbil Muradov bildirib ki, qardaşı ilə sonuncu dəfə elə sentyabr ayında danışıblar:

 

 

“Müharibə başlayanda qardaşım mənə dedi ki, döyüşə gedir. Təkcə Murov dağı istiqamətinə hərəkət edən dəstələrin içərisində olduğunu bildim. Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Biz müharibə dövründə qardaşımla əlaqə saxlaya bilmədik”.

 

İlk olaraq itkin olduğu deyilən çavuş Nadir Muradovun şəhid olması xəbərini ailəsinə komandirləri və əsgər yoldaşları veriblər:

 

 

“Biz onu itkin bilirdik, axtarırdıq. Amma siyahıda adı yox idi. Sonradan bildik ki, minaya düşərək şəhid olub. Atamı çağırdılar və qardaşımın nəşinin təyin edilməsi üçün DNT testi verdik. Ötən gün qardaşımı Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırdıq”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq