SOCAR və Amerika Neft İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

10:29 14-01-2021 | icon 368 | İqtisadiyyat
SOCAR və Amerika Neft İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

Yanvarın 13-də SOCAR və Amerika Neft İnstitunun (API) rəhbərliyi arasında onlayn video-görüş keçirilib, sənaye proseslərinin təhlükəsizliyi və keyfiyyəti üzrə əməkdaşlıq barədə memorandum imzalanıb.

 

Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat verib.

 

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev 20-ci əsrin əvvəlində Azərbaycanın neft sənayesinin elmi-texniki nailiyyətləri, tarixi ilkləri haqqında məlumat verib, bildirib ki, SOCAR-ın yeni inkişaf strategiyası təkmilləşdirilmiş effektiv idarətmə sistemi və beynəlxalq standartların tətbiqini labüdləşdirir:

 

“Bu baxımdan davamlı inkişafın və texnologiyanın sürətli dinamikasına API çevik şəkildə öz töhfələrini verməkdədir. Dünyanın ən qabaqcıl neft-qaz koorporasiyaları tərəfindən tətbiq olunan API Spesifikasiya Q1/Q2 Keyfiyyət İdarəetmə standartlarının SOCAR-da tətbiqinə başlanılması buna bariz nümunə olacaq. İnanırıq ki, bu məqsədlə API-nin qabaqçıl sənaye standartlarının tələblərinə uyğunluq və bütün işlərimizi müvafiq standartlar çərçivəsində qurub müasir təcrübələrin tətbiqi, əməkdaşlarımızın həyat və sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi ilə yanaşı, şirkətin əməliyyat effektivliyinin artırılmasına da mühüm töhfə verəcək”.

 

API-nin prezidenti Mayk Sommers API haqqında təqdimatla çıxış edib. O bildirib ki, 2019-cu ildə 100 yaşını qeyd edib API hazırda dünyanın əksər ölkələrində tətbiq olunan 700-dən artıq standarta sahibdir. API-nin fəaliyyətinin əhatə dairəsinə təlimlər və sertifikatlaşdırma da daxildir. Belə bir memorandumun imzalanması isə nəinki Azərbaycanda, ümumiyyətlə regionda ilk dəfə baş verir.

 

Sonra tərəflər arasında memorandum imzalanıb. Sənədə əsasən SOCAR-ın struktur vahidləri API standartlarına əsasən sertifikatlaşdırılacaq, emal, hasilat və nəqletmə qurumlarının texniki, keyfiyyət və SƏTƏMM idarəetmə sistemləri qabaqcıl təcrübədə olduğu kimi API standartlarına uyğunlaşdırılacaq.

 

Xatırladaq ki, API 1919-cu ildə ABŞ-ın Nyu York şəhərində vəkillik, sənaye statistikasının aparılması, standartlaşdırma və vergi xidməti sahəsində fəaliyyət göstərən şirkət kimi qurulmuşdur. 1924-cü ildə Birinci dünya müharibəsindən sonra şirkət, qazma sənayesində geriləməni aradan qaldırmaq məqsədi ilə ilk sənaye standartının tətbiqinə start verib. API standartları bu gün dünyanın aparıcı şirkətlərində tətbiq olunur və şirkətlər arasında əməkdaşlığın əsasını təşkil edir. SOCAR-ın API standartlarına uyğunlaşması son dövrdə aparılan islahatların zəruri tərkib hissəsidir. Bu, SOCAR-ın aparıcı beynəlxalq enerji şirkətləri sırasında yer tutmaq və rəqabət qabiliyyətini artırmaq üçün zəruri şərtlərdən biridir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”