Yalnız möhürü və katibəsi olanlar

09:11 09-10-2018 | icon 874 | Köşə
Yalnız möhürü və katibəsi olanlar

 

O partiyadan heç nə gözləmək olmaz

 

 

 

 FƏRİD İMRAN

 

 

 

 

Yalnız möhürü və katibəsi olan partiyaların nəzərinə! Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilatdır.

 

Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. Partiya aşağıda adı qeyd olunan mənbələrdən gələn maliyyə yardımı hesabına maliyyələşir:

 

• Partiya üzvləri və digər şəxslər;

• Siyasi ideyalarını partiya ilə bölüşən və eyni zamanda fəaliyyətlərindən gəlir götürmək istəyən təşkilatlar;

• Hökümətdən gələn vəsait;

 

Lakin XX əsrin ikinci yarısından etibarən hələ də ianələrdən asılı olan partiyalar böyük problemlərlə üzləşməyə başladı. Partiyaların maliyyələşməsində çoxlu gərginlikləri olan qərb demokratiyalarında ianələrin yoxlanışının artması ilə yanaşı partiyaya üzvlükdə uzun müddətli razılaşma da mövcud olmuşdur.

 

Məsələn, əhalinin sayının bu dövrdə əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, 2006–cı ildə Birləşmiş Ştatların və Avstraliyanın əsas partiyalarına üzvlük 1950–ci ildə olduğundan 1/8 dəfə az olmuşdur.

 

Azərbaycanda partiya dedikdə ilk ağıla gələn YAP, AXCP və s. kimi partiyalar olur. Azərbaycanda dövlət qeydiyyatına alınan partiyaların sayı 55-dir. 5312013 seçicisi olan ölkədə 55 partiya. Bu partiyalar prezident, deputat və bələdiyyə seçkilərində namizədliyini irəli sürmək haqqına malikdir.

 

Prezident seçkilərində bu il 7 siyasi partiyadan başqa heç bir partiya namizədliyini irəli sürmədi. Burada ortaya sual çıxır. Siyasi partiyanın məqsədi hakimiyyətə gəlmək deyilmi? Bu məqsədlə partiya yaradan şəxslər nəyə görə seçkilərdə iştirak etmir?...

 

Siyasi partiyalarımız, əsasən də müxalifət partiyalarımızın əksəriyəti gəlir yerini açıqlamır. Dediklərinə və yazdıqlarına görə minlərlə üzvləri var. Yenə ortaya bir sual çıxır. Bu qədər üzvünüz olduğu halda maliyyəsizlikdən şikayət etməyə nə lüzum var?

 

Məsələn, Azərbaycanda "Azərbaycan Təkamül Partiya"sı var. Darvin bilsə heç təkamül nəzəriyyəsini irəli sürməzdi.

 

"Qarabağa azadlıq" mitinqinə saatlar qalmış Pənah Hüseyni və "partiya" üzvlərinin polis tərəfindən saxlanıldığı xəbəri gəldi. Hər şey çox aydındır. Bəs, bu üzvlərinin də polis tərəfindən saxlanılması nə idi? Azərbaycan Xalq Partiyası 4000-ə yaxın üzvünün olduğunu qeyd edir. Yatsam yuxuma da girməzdi ki, Pənah Hüseyni dəstəkləyən 4000-ə yaxın üzvü var.

 

Uzun sözün qısası. Əziz partiya rəhbərləri!

Əksəriyyətinizin bir möhürü var, bir də katibəsi. Partiyanız heç kəsə lazım deyil. 20 ildən artıqdır fəaliyyət göstərməsinə baxmayaraq, günü-gündən inkişaf edən dünyada bir partiyanın saytı belə yoxdusa, o partiyadan heç nə gözləmək olmaz!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol