Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medal

10:56 10-10-2018 | icon 462 | İdman
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medal

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medalını qazanıb.

 

Versus.Az xəbər verir ki, olimpiadanın taekvondo yarışlarında mübarizə aparan Cavad Ağayev (63 kq) bürünc medal əldə edib.

 

İdmançımız ilk görüşündə cənubi sudanlı Stefan Atemə, 1/4 finalda iranlı Hamed Əsgəri Mahiabadinə qalib gələrək yarımfinala adlayıb. Bu mərhələdə Cənubi Koreyadan olan idmançı Ço Vun Huya uduzan C.Ağayev bürünc medalla kifayətlənib.

 

Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub.

Hazırda Azərbaycan 1 qızıl və 1 bürünc medalla ölkələrin sıralamasında 20-ci yerdədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı