Postlar da ləğv edildi

14:19 16-01-2021 | icon 766 | Gündəm
Postlar da ləğv edildi

Yanvarın 18-dən etibarən 5 şəhər və 12 rayon, eləcə də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxilindəki karantin postları ləğv ediləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

 

N.Piriyev bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri SMS-icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur: 

 

“Şəhər və rayonlar daxilində quraşdırılan karantin postları vətəndaşların evdən çıxmaq icazələrini yoxlamaq üçün qurulmuşdu. Bu icazələr ləğv olunduğundan yanvarın 18-dən etibarən karantin postları da fəaliyyətini dayandıracaq. Rayonlardan Bakı, Abşeron və Sumqayıta gəliş və gedişə məhdudiyyət qüvvədə qaldığından Bakı-Quba yolu, Bakı-Şamaxı yolu və Bakı-Ələt avtomobil yollarındakı karantin postları isə fəaliyyətini davam etdirəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ