Kəskin virus infeksiyaları sürətlə yayılıb

15:52 01-03-2018 | icon 644 | Sağlamlıq
Kəskin virus infeksiyaları sürətlə yayılıb

Bu virus insanların həftələrlə qızdırmalı olmasına səbəb olur

Bu il payız-qış mövsümündə Bakı şəhəri və rayonlarda əhali arasında kəskin respirator virus infeksiyaları sürətlə yayılıb.

Versus.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev “1 mart İmmunitet günü”nə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, uşaq və böyüklər arasında sürətlə yayılan bu virus insanların həftələrlə qızdırmalı olmasına səbəb olur. Xəstəliyin uzun müddət davam etməsi onun pnevmaniyaya keçməsinə də səbəb olur. S.Musayev hesab edir ki, insanların anibiotiklərdən tez-tez istifadə etməsi onların belə viruslara daha tez yoluxmasına səbəb olur:

“Buna səbəb insanların antibiotiklərdən tez-tez istifadə etməsidir. Nəticədə orqanizm antibiotikə öyrəşir və sonrakı istifadələrdə bədəndə reaksiya vermir. Antibiotiklərin qəbulu kəskin şəkildə orqnizmdə immun sistemini zəiflədir. 2 həftədən uzun çəkən bronxtilər, burun-qulaq nahiyyəsində olan iltihabi proseslər, uzun müddətli hərarətlər, mədə-bağırsaq xəstəlikləri, xroniki yorulma hissi, tez yorulmaq, işə getməmək həvəsi, yuxululuq hissi immunitetin pozulmasının ilkin əlamətləridir”.

S.Musayev dünya əhalisinin orta hesabla 10 faizinin immunitetinin çox yüksək olduğunu, 10 faizində bu və ya digər formalı immun çatışmazlığının olduğunu, 80 faizə yaxın əhalidə isə immunitetin onların normal həyat tərzi, qidalanması, fiziki gərginliyi, ekoloji amillər, yuxu rejimindən asılı olduğunu söyləyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI