Özünə şəhadət arzulayan şəhidimiz

17:34 19-01-2021 | icon 379 | Şəhidlər və şahidlər
Özünə şəhadət arzulayan şəhidimiz

44 günlük Vətən müharibəsində qanı ilə dastan yazan şəhidlərimizdən biri də İmaməddin Abdullazadədir. 

 

İmaməddin Abdullazadə 1996-ci il avqustun 4-də Beyləqan rayonunda anadan olub. O, 2014-cü ildə Qazax rayonuna müddətli həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Ailədə üç övlad olublar.

 

Şəhidin qardaşı Qafar Abdullazadə İmaməddinin həyatı haqqında danışıb. 

 

Onun sözlərinə görə, İmaməddin ailəsinə, sevdiklərinə çox bağlı idi:

 

“İmaməddin orta məktəbi bitirdikdən sonra Qazax rayonunda müddətli hərbi xidmətə yollandı.

Həmin ərəfələrdə Aprel döyüşləri gedirdi, İmadəddin də həmin döyüşlərdə şücaət göstərdi. Əsgərliyini başa vurub geri qayıtdıqdan təxminən üç ay sonra yenidən cəbhəyə yollandı, hərbçi olmağı qərara aldı. Beyləqan rayonu N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət etməyə başladı. Hər zaman Vətənə olan borcunu canı, qanı ilə verməli olduğumuzu deyirdi”. 

 

“Anam hər zaman övladlarına dua edərdi. Bir gün anamla söhbət əsnasında qardaşım ona “ana, dua elə arzuma çatım” deyib. Anam da qardaşımın istəyindən məlumatsız olduğu halda, əl açıb Allahdan oğlunun arzusunun yerinə yetməsini diləyib. Qardaşım daha sonra anama “ana, arzum şəhid olmaqdır” deyib”.

 

O, noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Qeyd edək ki, İmaməddin Abdullazadə Füzuli, Hadrut, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Sonuncu döyüşü Şuşada Daşaltı kəndində olub və həmin döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq