44 günlük Vətən müharibəsinin daha bir şəhidi - FOTO

15:14 25-01-2021 | icon 656 | Şəhidlər və şahidlər
44 günlük Vətən müharibəsinin daha bir şəhidi - FOTO

Vətən müharibəsində adını tarixə qanla yazdıran şəhidlərimizdən biri də Abdullayev Nurlan İnqilab oğludur.

 

Versus.Az xəbər verir ki, Abdullayev Nurlan 1992-ci il 26 yanvarda Beyləqan rayonunda anadan olub. Orta məktəbi Beyləqan rayonunda bitirib.

 

Nurlan Abdullayev 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində ön cəbhəyə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti bitirdikdən sonra, 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətindəki gedən döyüşlərdə iştirak edib.

 

Nurlan Abdullayev sentyabrın 30-da Füzuli rayonu Kənd Horadiz istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

 

Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib.

 

Nurlan Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq