Partiya sədrindən hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ

15:35 25-01-2021 | icon 387 | İqtisadiyyat
Partiya sədrindən hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ

"“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir"

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.



Versus.Az xəbər verir ki, partiya sədri açıqlamasında bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları əhalini incitməklə ölkə rəhbərliyinə qarşı qaldırırlar:



“Bunlar nə dövləti, nə də xalqı saymırlar. Hamısı Ramiz Mehdiyevdən qalma kadrlardır, xalqı, dövləti dağıtmaqla məşğul olurlar. Görün, bunlar nə qədər harınlayıblar ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru xalqdan oğurladığı pulların hesabına özünə böyük istixana kompleksləri, biznes yerləri qurub. Bu, çox ciddi qanun pozuntusudur, dövlətin qanunlarını saymamaqdır. Yəni, bu adamlar demək istəyirlər ki, biz dövləti, xalqı tanımırıq, saymırıq. Onların məqsədi ölkədə inamsızlıq mühiti yaratmaqdır. Bu, Ramiz Mehdiyevin yaratdığı ideologiyadır ki, “Azəriqaz” rəhbəri və digərləri də bunu icra edirlər. Mən də nazir işləmişəm, amma heç zaman qohumlarımı o nazirlikdə vəzifəyə qoymamışam. Amma Ruslan Əliyev “Azəriqaz”-ı qohumlar təşkilatına çevirib. Sanki bu qurum qohumlar idarəsidir”.



Partiya sədri “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin korrupsiya əməllərinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına çağırış edib:



“Məndə məlumatlar var ki, “Azəriqaz” rəhbərliyi camaatın sayğaclarından oğurladığı milyonların hesabına özlərinə böyük biznes şəbəkələri yaradıb. Azərbaycanın hüquq-mühafizə orqanları “Azəriqaz” İstehsalat Birliyində təcili yoxlama əməliyyatları keçirməlidir, bu quruma rəhbərlik edən şəxslər həbs edilməlidir. Necə olur axı, hansısısa quldurlar qaz sayğaclarına müdaxilələr etməklə xalqın cibindən oğurladıqları pulların hesabına özlərinə istixana biznesləri yaradırlar, pomidor-xiyar satıb varlanırlar. Xalq isə soyuqdan donur, pis vəziyyətdə yaşayır. Bu cür məmurlar müzakirəsiz həbs edilməlidir”. /konkret.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”