"SOCAR-da nələrin baş verdiyi müəmmalarla doludur"

16:29 25-01-2021 | icon 897 | İqtisadiyyat
"SOCAR-da nələrin baş verdiyi müəmmalarla doludur"

Mütəllim Rəhimli: "Rövnəq Abdullayev özünü geniş səlahiyyətli, lakin cavabdehliyi olmayan məmur kimi aparır"

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib və İqtisadiyyat Naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub.

 
 
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, ölkənin ən böyük vergi ödəyicisi, eyni zamanda, dövlət büdcəsindən ən çox dotasiya alan SOCAR-ın fəaliyyəti ictimaiyyətdən tamamilə gizli olub.
 
 
Onun sözlərinə görə, bu dövlət şirkətində nələrin baş verdiyi müəmmalarla doludur:
 
 
"Milyardlarla dövriyyəsi olan şirkətin prezidenti Rövnəq Abdullayev özünü geniş səlahiyyətli, lakin cavabdehliyi olmayan məmur kimi aparır. Müşahidə Şurasının yaradılması SOCAR-ın fəaliyyətinə aydınlıq gətirə bilərmi?
Əslində bu qərar SOCAR rəhbərliyinin özbaşınalığına və gizli fəaliyyətinə dözümlü yanaşmadır. SOCAR üzərində pilləli rəhbərliyin formalaşdırılması, yəni Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilməsi, Müşahidə Şurasının yaradılması onun idarəetmə mexanizmini bir qədər də mürəkkəbləşdirəcək. Özbaşnalıqlar artacaq, məsuliyyəti isə üzərinə götürən olmayacaq. Həm də SOCAR-ın qeyri-effektiv çalışmasını, xərclərin şişirdilməsi və mənimsəmələri ört-basdır edə bilər. Eyni zamanda bütün bunlar SOCAR-ın indiki rəhbərliyinin fəaliyyətinə xitam verilməsi və ictimaiyyətin də gözlədiyi kimi onların məsuliyyətə cəlb edilməsini istisna edir".
 
 
M.Rəhimli vurğulayıb ki, məmurların özbaşınalığına son qoymaq və qanunun aliliyini təmin etmək üçün SOCAR rəhbərliyinin fəaliyyəti hüquqi təftişə cəlb edilməlidir:
 
 
"İndiyədək mediada yayılan çoxsaylı maliyyə fırıldaqları araşdırılmalı, ona qiymət verilməli, Rövnəq Abdullayev başda olmaqla səlahiyyətli şəxslər məsuliyyətə cəb olunmalıdır. Bundan sonra isə SOCAR-ın fəaliyyəti şəffaflaşdırılmalı, idarəçiliyi İdarəetmə Şurası yaradılaraq ona həvalə olunmalıdır. Bütün səlahiyyətlərin bir şəxsin əlində cəmləşməsinin qarşısı alınmalıdır".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq