Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

19:15 16-10-2018 | icon 687 | Siyasət
Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

  

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında "Uşaqların zərərli informasiyadan qorunması" və bir qrup şəhid ailələrinin üzləşdiyi narahatlığı qaldırıb, dövlət qurumlarına çağırış edib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirələrdə çıxışı zamanı bu qanun layihəsinin günümüzün reallığında ən vacib qanun layihələrindən biri olduğunu deyib:

 

"İndiki zamanda internetə azad girişin olduğu, insanların böyük əksəriyyətinin internetdən geniş istifadə etdiyini, xüsusilə sosial şəbəkələrdən geniş istifadə etmək imkanlarını nəzərə alsaq, uşaqlarımızın zərərli informasiyadan qorunma imkanları da çox çətinləşir. Uşaqların zərərli informasiyadan qorunması bir çox inkişaf etmiş ölkələrin düşündüyü məsələdir, çünki bunu qadağalarla həll etmək mümkün olmur, qadağalar öz effektiv təsirini verə bilmir. İnternet elə bir böyük məkandır ki, burda xüsusi maraqları olan çoxsaylı qruplar fəaliyyət göstərir, xurafatçılıq, mövhumat, fanatizm, missionerliyi və digər zərərli halları təbliğ edirlər. Uşaqlarımızın sərbəst telefondan, kompüterlərdən istifadə edərək internetdən geniş istifadə etmək imkanlarını nəzərə alsaq, ailələrimizin, valideynlərin öz uşaqlarına nəzarət etməkdə çətinlik çəkirlər. Bu məsələnin həllinin kökündə maarifləndirmə dayanmalıdır, bu baxımdan bu qanun layihəsinin vacibliyini qeyd etmək istərdim. Bu qanun layihəsinin yaxşı şəkildə həyata keçməsi üçün çağırış səsləndirmək istərdim. Bu qanunun işləməsində bəzi qurumların, təşkilatların üzərinə xüsusi vəzifələr düşəcək. Təhsil vasitəsilə uşaqların internetdə, sosial mediada, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması məqsədilə xüsusi seminarlar, beynəlxalq konfranslar keçirilir və bu yaxınlarda mən özüm "Gənclər və sosial media, şəbəkələr" mövzusunda konfransda iştirak etmişəm. Düşünürəm ki, Təhsil nazirliyi məktəblərdə uşaqlarımız arasında maarifləndirmə işində xüsusi fəal olmalıdır, zərərli informasiyadan qorunma mövzuları ilə bağlı məktəblərdə tədbirlər, müzakirələr, təbliğat olmalıdır. Birinci məktəblərdən başlayaraq, zərərli informasiya nədir, ondan qorunma vasitələri ilə bağlı maarifləndirmə işi aparılmalıdır. İkincisi, kütləvi informasiya vasitələrinə çağırış etmək istərdim. Çünki zərərli informasiyadan qorunma ilə bağlı maarifləndirmə uşaqlarla yanaşı, internet resurslarından uşaqların zərərli informasiyalara məruz qala bilməsi ilə bağlı geniş məlumatı olmayan valideynlər arasında da aparılmalıdır. Bu çox mühüm qanun layihəsini dəstəkləyir və qanun layihəsinin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Artıq ikinci oxunuşu keçirilən qanun layihəsi yaxın zamanlarda qüvvəyə minəcək və bütün qurumlar, hamımız bu qanunun güclü şəkildə həyata keçməsinə çalışmalıyıq, çünki bu qanunun həyata keçməsində cəmiyyətin birbaşa könüllü dəstəyi lazımdır. Dünya təcrübəsi göstərir ki, yalnız qadağalar, məhdudiyyətlər öz effektiv təsirini ciddi vermir, daha da çox təhsil, savadlandırma, maarifləndirmənin aparılması ilə uşaqları zərərli informasiyadan qorumaq mümkündür."

 

Millət vəkili eyni zamanda bir qrup şəhid ailələrinin birdəfəlik ödəmə almalarında problemlə üzləşdiklərini bildirib:

 

"Hər gün 4-5 şəhid ailəsi zəng edir, qəbula gəlir və bu məsələnin parlamentdə qaldırılmasını xahiş edirlər. Şəhid ailələri cənab Prezidentin imzaladığı fərmanı, bu önəmli qərarı  razılıqla qarşılayır və bildirirlər ki, bu, şəhid ailələrinə göstərilən diqqət və qayğının nümunəsidir. Sadəcə onlar bəzi şəhid ailəsi statusu alanların ailələrinin bu fərmandan yararlanana bilməməsi məsələsinin təkrar  parlamentdə qaldırılmasını xahiş edirlər. Müvafiq qurumlarla - Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və "Azərsığorta" dövlət agentliyinin nümayəndələri ilə də danışdıqda onlar da narahatlıqlarını bildirir və ortaya çıxan bəzi problemlərin həllində maraqlı olduqlarını qeyd edirlər. Qarşıdan büdcə müzakirələri gəlir və hökumət nümayəndələrinin diqqətinə bu məsələnin bir daha çatdırılması daha yaxşı olardı. Şəhid ailələri hamımız üçün çox müqəddəsdir, onlar başımızın tacıdır, həm cənab Prezident İ.Əliyev, həm də ölkəmizin 1-ci vitse-prezidenti  M.Əliyeva şəhid ailələri ilə görüşəndə cəmiyyətə bu mesajı verdi ki, şəhid ailələri hər zaman xüsusi diqqətdə olmalıdırlar. Bir qisim şəhid ailələri cənab Prezidentin bu humanist fərmanından, diqqətindən yararlana bilir, bir qisim isə yararlana bilmir. Nəzərə alsaq ki, bu şəhid ailələrinin böyük hissəsinin bu birdəfəlik ödəməyə ehtiyacı var, yaxşı olardı ki qarşıdan gələn büdcə müzakirələrindən əvvəl hökumət qurumları ilə bu məsələ bir daha müzakirə edilsin. Bunun bir yolu tapılmalıdır. Çünki şəhid ailələri arasında ayrı-seçkilik yaradılmamalıdır.  Eyni zamanda, çox təəssüflər olsun ki, insanları nədənsə parlamentə tərəf döndərirlər. Biz də bir millət vəkili olaraq həmin şəhid ailələrinə müsbət cavab verməkdə çətinlik çəkir, pis vəziyyətdə qalırıq. Şəhid ailələrinin bu narahatlığını parlamentdə qaldıraraq onların narahatlığının xalqın parlamentində də nəzərə alındığını göstərmək istəyirik. Cənab sədr, sizin və parlamentimizin də hər zaman şəhid ailələrinə xüsusi həssaslıqla yanaşdığını bilirik, ona görə də yaxşı olardı ki bu məsələnin müsbət həlli məqsədilə qarşıdan gələn büdcə müzakirələrindən əvvəl  aidiyyəti hökumət qurumları ilə görüş keçirilsin və inanırıq ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq, narazılıqlara son qoyulacaqdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı