Müğənni ağır xəstəliyi barədə elan etdi

09:13 03-02-2021 | icon 414 | Şou-biznes
Müğənni ağır xəstəliyi barədə elan etdi

Amerikalı pop əfsanəsi 94 yaşlı müğənni Toni Bennettə Altsheymer diaqnozu qoyulub.

 

Nv.art-ın məlumatına görə, məşhur müğənninin özü bu barədə “Twitter” hesabında elan edib.

 

O, paylaşımında həyat yoldaşı Syuzana və bütün ailəsinə dəstəyinə görə təşəkkür edib.

 

“Həyat, hətta Altsheymer ilə olsa belə, hədiyyədir”, - deyə o, bildirib.

 

Əslində Toni Bennettə Altsheymer diaqnozu dörd il əvvəl qoyulub. Ancaq xəstəliyin ilk əlamətləri Ledi Qaqa ilə “Cheek to Cheek” albomunu hazırlayarkən ortaya çıxıb. 2015-ci ildə isə o, musiqiçi həmkarlarının adlarını xatırlaya bilmədiyi üçün səhhətindən narahat olduğunu dilə gətirib.

 

İfaçının həyat yoldaşı Syuzan, əri üçün darıxdığını deyir, çünki o, artıq eyni Toni deyil...

“Ancaq oxuyanda eyni Tonidir”, - deyə o, qeyd edib.

Müğənniyə diaqnoz qoyan Dr.Gayatri Devi 94 yaşlı müğənninin hazırda heç bir demansiyalı insanın bacarmadığını edə bildiyini, bununla da koqnitiv pozğunluqdan əziyyət çəkən hər kəs üçün bir ümid simvoluna çevrildiyini qeyd edib. O, Toni Bennettin bu vəziyyətini həftədə iki dəfə mahnı oxuması ilə izah edib. Həkimlərin fikrincə musiqi ifa etmək onun beyin fəaliyyətini stimullaşdırır.

 

Xatırladaq ki, onun Ledi Qaqa ilə “Cheek to Cheek” adlı birgə caz albomu “Grammy” mükafatına layiq görülüb. Ümumilikdə, Tony Bennett, musiqi karyerası boyunca iki dəfə “Emmy” mükafatı və 19 “Grammy” mükafatına layiq görülüb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq