Prezidentin xalqa Şuşa ÇAĞIRIŞI

09:49 03-02-2021 | icon 369 | İqtisadiyyat
Prezidentin xalqa Şuşa ÇAĞIRIŞI

Ötən gün Prezident İlham Əliyev Şuşada, Qarabağda aparılan bərpa işlərinə ictimai nəzarətin olmasının vacibliyini, əks halda özbaşına tikililərin və qanunsuz olaraq torpaqların zəbt ediləcəyini bildirib.

 

İctimai nəzarəti necə təşkil etmək olar? Bu prosesə QHT-lərin cəlbi üçün QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqə elan edə bilərmi?

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud bildirib ki, Şurada qrant müsabiqələrinin birinin bu istiqamətdə olması gözləniləndir:

 

“Prezident İlham Əliyevin fikirləri, verdiyi mesajlar hər zaman şuranın fəaliyyəti üçün prioritet təşkil edib. Həqiqətən də dövlət qurumlarının fəaliyyətinin dinamizminin və effektivliyinin artırılması, yeni çağırışlara çevik və səmərəli reaksiya verilməsi, həmçinin şəffaflığın və hesabatlılığın artırılması üçün vətəndaş cəmiyyəti institutlarının, o cümlədən də QHT-lərin ictimai nəzarətin təşkili prosesində iştirakını və fəallığını artırması zəruridir. Bu baxımdan Şuranın 2021-ci il qrant müsabiqələrinin birinin ictimai nəzarətlə bağlı olması gözləniləndir. Cənab Prezidentin bu çağırışı ilə bağlı bir sıra digər addımların da atılması planlaşdırılır. Bununla da bağlı qarşıdakı dövrdə mediaya məlumat veriləcək. QHT-ləri isə indidən ictimai nəzarət istiqaməti üzrə ictimai aktuallıq kəsb edən və effektiv icrası təmin olunacaq mövzularda layihələrlə çıxış etməyə hazırlaşmağa dəvət edirik”.

 

E.Behbud onu da qeyd edib ki, koronavirus səbəbindən 2021-ci il qrant müsabiqələrinin elanı bir qədər yubanır:

 

“Bildiyimiz kimi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər ilin sonunda növbəti təqvim ili üzrə ilk qrant müsabiqəsinin mövzularını, eyni zamanda şərt və qaydalarını elan edir. Hazırda COVİD-19-la bağlı vəziyyətin hansı istiqamət üzrə dəyişəcəyi tamlıqla məlum olmadığından 2021-ci il qrant müsabiqələrinin elanı bir qədər yubanır. Artıq koronavirusla mübarizə çərçivəsində peyvəndlənmə işlərinə başlanılıb, bu baxımdan güman edirəm ki, görülən tədbirlər təsirli olacaq və Şura yaxın vaxtlarda əsasnaməsinə və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq qrant müsabiqələri elan ediləcək”. /axar.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”