Boksçumuz bürünc medal qazanıb

09:30 18-10-2018 | icon 418 | İdman
Boksçumuz bürünc medal qazanıb

Azərbaycan boksçusu Nurlan Səfərov Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizə bürünc medal qazandırıb. Yığmamızın bayraqdarı bu uğura misirli Marvan Mamdou Muhamedi məğlub etməklə layiq görülüb.

 

Azərbaycan Boks Federasiyasından Versus.Az-a verilən məlumata görə, Avropa çempionumuz ilk görüşdə kanadalı Spenser Volcoksa qalib gəlsə də, ardınca tailandlı Atiçay Foemsapa məğlub olmuşdu. Lakin bu məğlubiyyət 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımızı ruhdan salmayıb. O, bürünc medal uğrunda döyüşdə inamlı təsir bağışlayıb və 4:0 (29:26, 29:27, 29:27, 28:28, 29:27) hesabı ilə qələbə qazanıb. Bu qələbə Səfərovu fəxri kürsünün üçüncü pilləsinə yüksəldib. Qızıl medal yarımfinalda təmsilçimizi büdrədən Foemsapa qismət olub. İkinci pilləni isə ukraynalı Taras Bondarçuk tutub.

 

Avropa çempionumuzdan fərqli, qitə birinciliyinin gümüş mükafatçısı Nicat Həsənov Olimpiya medalına sahib ola bilməyib. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz özbəkistanlı Caxongir Raxmonovla dueldən məğlub ayrılıb. 5:0 (30:26, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanan rəqib bürünc medala yiyələnib. Bu çəki dərəcəsində çempion tituluna argentinalı Aqustin Arrequi layiq görülüb. İkinci yerdə isə yarımfinalda Həsənovu məğlub edən Yassin Elouarz (Mərakeş) qərarlaşıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür