Protezlə təmin olunan Vətən müharibəsi qazilərinin SAYI

13:35 03-02-2021 | icon 478 | Şəhidlər və şahidlər
Protezlə təmin olunan Vətən müharibəsi qazilərinin SAYI

2020-ci il ərzində 11 344 əlilliyi olan vətəndaş 35 min protez - reabilitasiya vasitəsi ilə təmin edilib. Bu isə 2019-cu ilin nəticələrinə nəzərən 17 faiz çoxdur.

 

Versus.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov deyib.

 

O bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən əlil olan şəxslər yüksək texnologiyalı protezlərlə təmin edilir və bundan sonra da ediləcək:

 

“Bütün bu hallara baxılması üçün sağlamlığında məhdudiyyət olan şəxslərin hər biri individual olaraq agentliyin reabilitasiya müəssisələrinə cəlb olunacaq. Əlilliyi olan şəxslər ehtiyac yaranarsa, 2021-ci ildə mühərrikli arabalar ilə də təmin olunacaqlar”.

 

Agentliyin sədri əlavə edib ki, artıq Vətən müharibəsi zamanı yaralanmış vətəndaşlardan ehtiyacı olan yeddi hərbçi yüksək texnologiyalı müasir protezlərlə, 9 nəfər təkərli araba ilə təmin edilib və ümumi reabilitasiya vasitələrinin sayı 1 221-dir.

 

C.Əbdül-Qədirov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri 8 mindən yuxarı ailəni ziyarət edib, onların sosial-məişət və tibbi ehtiyaclarını öyrənib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq