İqbal Ağazadə xalqı təbrik etdi

20:51 18-10-2018 | icon 646 | Gündəm
İqbal Ağazadə xalqı təbrik etdi

 

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, təbrikdə deyilir:

 

Əziz Soydaşlarım!

 

Sizi millətin və dövlətin tarixində ən şərəfli və müstəsna hadisə olan18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi hələ 20-ci əsrin əvvəlindən başlayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. 1920-ci il aprel işğalından sonra da mübarizə açıq və gizli şəkildə davam etdirilib. Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının, vətən fədailərinin mübarizəsi nəticəsində 1991-ci ilin 18 oktyabrında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bu gün xalqımızın həyatında müstəsna əhəmiyyətə malik, Azərbaycan tarixinə qızılı həriflərlə yazılmış bir gündür. Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə, repressiyalar sinə gərmiş Azərbaycan xalqı üçün müstəqilliyin əhəmiyyətini sözlə ifadə etmək mümkün deyil.

 

Canını vətənin müstəqilliyi və suverenliyi uğrunda qurban verməkdən çəkinməyən bütün şəhidlərimiz və qazilərimiz həmişə qürur hissi ilə yad edilməlidir.
Çətinliklə qazanılan müstəqilliyi qorumaq, inkişaf etdirmək də hər bir vətəndaşdan daha böyük iradə və məsuliyyət tələb edir. Son dövrlər regionda baş verən proseslər Azərbaycanın müstəqilliyinə təhlükə yaradır və məsuliyyətimizi daha da artırır. Bu səbəbdən bütün soydaşlarımızı Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması məsələsində məsuliyyətli olmağa və birliyə çağırıram.

Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayıram.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı