Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

09:35 19-10-2018 | icon 439 | Siyasət
Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

Qarabağ Azadlıq Təşkilatının ofisində Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib.

 

Versus.Az-ın məlumatına görə, toplantıda 24 noyabr 2018-ci ildə keçirilməsi nəzərdə tutulan mitinq üçün Bakı şəhər icra hakimiyyətinə müraciət etmək məsələsi müzakirə olunub.

 

Uzun və gərgin keçən müzakirələr nəticəsində qərara alınıb ki, müzakirənin davamı yeni dönəm sədri ilə keçiriləcək gələn həftədəki toplantıda aparılsın və yekun qərar da o iclasda qəbul olunsun.

 


Bundan sonra Qarabağ Komitəsinin hazırkı dönəm sədri Akif Nağı iki aydır ki, yürütdüyü sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib. İlham İsmayıl dekabrın 18-nə kimi Qarabağ Komitəsinin dönəm sədri olaraq fəaliyyət göstərəcək. 
Qarabağ Komitəsinin üzvləri demokratik qaydada baş verən bu dəyişikliyi alqışlayıblar. Komitə üzvləri indiyə qədər göstərdiyi səmimi fəaliyyətə görə Akif Nağıya təşəkkür ediblər.

 


İlham İsmayılın sədrliyi ilə davam edən toplantıda digər cari məsələlər müzakirə edilib. Qərara gəlinib ki, “Dəstək Komitələri” ilə bağlı təlimat və Qarabağ Komitəsinin mitinq keçirilməsi ilə bağlı müzakirəsi gələn həftə keçiriləcək iclasda davam etdirilsin və lazım olan qərarlar alınsın.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol