"Abonentlərə bununla bağlı SMS göndəriləcək"

20:14 08-02-2021 | icon 498 | İqtisadiyyat
"Abonentlərə bununla bağlı SMS göndəriləcək"

“Azəriqaz” İstehsalat Birliyi (İB) abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayır.

 

Versus.Az xəbər verir ki, bu barədə "Azəriqaz” İB-dən bildirilib.

 

Bununla bağlı proqramlaşdırma işləri tamamlanmaq üzrədir. Yaxın 10 gün ərzində proses tam reallaşdırıla bilər. Ümumilikdə, Birlik üzrə qeydiyyatda olan 2 milyon 400 minə yaxın əhali abonentinin araşdırma zamanı təxminən 700 minə yaxın olanının mobil telefon nömrələrinin baza məlumatlarında əksini tapdığı məlum olub. İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək.

 

Dəqiqləşdirmə aparmaq məqsədilə abonentlərimizdən xahiş edirik ki, istifadələrində olan mobil telefon nömrəsini və qaz sayğacının fotosunu 077 3 104 104 saylı whatsap nömrəsinə göndərsinlər. Onların məlumatları da abonent bazasının mövcud məlumatları ilə bir daha yoxlanılacaq. Əgər bazada ümumiyyətlə yoxdursa, əlavə ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq