“Bu necə cahillikdir?!”

13:57 15-02-2021 | icon 540 | Şou-biznes
“Bu necə cahillikdir?!”

Demet Akalın onu koronavirusa yoluxduran dostlarını qınadı

 

Türkiyəli məşhur müğənni Demet Akalın sevgilisi Onak Kurtla COVID-19-a necə yoluxmağından danışıb.

 

“Hürriyet” məlumat verir ki, Okan Kurt virusa yoluxandan sonra Akalın evdə özünü təcrid edib.

 

Müğənninin sözlərinə görə, onlar koronavirusa Uludağda yoluxublar:

 

“Uludağa tətilə getdik. Bizimlə orda olan dostlarımız yeddi gündən sonra virusa yoluxduqlarını dedilər. Əvvəldən deyə bilməzdilərmi, bu necə cahillikdir?! Axı oteldə qapalı mühitdə birlikdə idik. Evdəki baxıcı da öskürürdü, əvvəlcə ondan yoluxduğumuzu düşündük. Test etdirdi, nəticəsi neqativ çıxdı. Ondan yoluxmadığımıza görə, demək ki, dağda yoluxmuşuq”.

 

O, xəstəliyi yüngül keçirdiyini deyib:

 

“Mən yaxşıyam, şükür ayaq üstəyəm. Sadəcə bir az boğazım ağrıyır. Virus Okanın ciyərlərinə qədər gedib. Amma ağır keçirmir, özünü pis hiss etmir”.

 

Xatırladaq ki, məşhur sənətçi Uludağa getməzdən əvvəl izləyicilərinə demişdi ki, ola bilsin ki, orada konsert versin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq