Marketlərdə hansı məhsullar nə qədər bahalaşıb? - SİYAHI

15:20 15-02-2021 | icon 447 | İqtisadiyyat
Marketlərdə hansı məhsullar nə qədər bahalaşıb? - SİYAHI

Ötən həftədən başlayaraq Azərbaycandakı satış şəbəkələrində bir sıra əsas ərzaq məhsullarının qiymətində ciddi artım baş verib.

 

Versus.az bildirir ki, bahalaşma əsas ərzaq məhsullarını əhatə edir və orta hesabala 10-20%, bəzi məhsullarda isə 30%-ə qədər dəyişir. Bahalaşan malların siyahısına "Azersun" şirkətinin istehsalı olan duru yağlar başçılıq edir. 1 litrlik qarğıdalı yağının qiyməti 4 manatdan 5 manata yüksəlib (bahalaşma 25%).

"Azərsun", "Avrora" və digər şirkətlərin istehsalı olan qəndin qiyməti 1 kiloqram üçün 1,40 manatdan 1,60-1,70 manata yüksəlib (bahalaşma 14-21%).

Şəkər tozunun qiyməti isə topdansatışdı 1 kiloqram üçün 92 qəpikdən 1,08 manata, pərakəndə satışda isə 1 manatdan 1,10 manata yüksəlib (bahalaşma 10-17%).

"Avrora" şirkətinin topdansatdığı unun qiyməti 1 kiloqram üçün 1,15 manatdan 1,30 manata yüksəlib (bahalaşma 13%).

Yumurtanın qiyməti 2-3 qəpik artaraq 15 qəpikdən 17,5 qəpiyə yüksəlib (bahalaşma 13-20%)

Südün 1 litrinin qiyməti isə orta hesabla 10-15 qəpik yüksəlib (bahalaşma 8-10%).

Natural meyvə şirələri də bahalaşan məhsullar sırasındadır. "Natura" və "Vita1000" markkalı meyvə şirələrinin qiyməti 1,34 manatdan 1,45 manata yüksəlib (bahalaşma 8%).

Hətta "Coca-Cola" içkisinin qiymətində də artım baş verib. Baxmayaraq ki, bir qədər əvvəl suyun qiymətinin artımı şirə istehsalçılarına şamil edilməmişdi. Beləliklə, 2 litrlik "Coca-Cola"nın qiyməti 1,4 manatdan 1,5 manata yüksəlib (bahalaşma 7%).

 

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq