“Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”

07:30 19-02-2021 | icon 606 | İqtisadiyyat
“Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”

“Azərbaycanın Zəfəri bölgəmizin ticari və logistik infrastrukturunu dəyişən tam yeni bir dövrün başlanğıcını yaratdı. Bu yeni mərhələdə də azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə-Azərbaycan Biznes Forumunda çıxışı zamanı Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

 

Nazir diqqətə çatdırıb ki, dövlət başçılarımızın da qeyd etdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdən biridir.

 

Ruhsar Pekcan qeyd edib ki, bütün dünya pandemiya səbəbindən çətin günlər yaşadığı bir dövrdə Azərbaycanın böyük bir iradə ilə Qarabağı işğaldan azad etməsi hamımızda sonsuz sevinc yaradıb. Şəhidlərimizə Allahdan rəhmət diləyir, Zəfər münasibətlə azərbaycanlı qardaşlarımızı təbrik edirik.

 

Azərbaycanla indiyədək 400-dən çox layihə həyata keçirildiyini dıqqətə çatdıran nazir bildirib ki, artıq Türkiyə şirkətləri Qarabağın bərpası və yenidən qurulması prosesində azərbaycanlı iş adamları ilə sıx əməkdaşlıq şəraitində çalışırlar. İndiyə qədər ortaya qoyduğumuz uğurlu işləri infrastruktur layihələrində də tətbiq edəcəyik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”