Azərbaycanın Müstəqillik Günü Misirdə

09:41 22-10-2018 | icon 562 | Siyasət
Azərbaycanın Müstəqillik Günü Misirdə

Ölkəmizin Misirdəki səfirliyində 18 oktyabr -Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Misirin ictimai-siyasi xadimləri, iş adamları, dostluq qrupunun üzvləri, kütləvi informasiya vasitələri və diaspora nümayəndələri iştirak ediblər.

 

Versus.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AR-ın Misirdəki səfiri Tural Rzayev bu il Azərbaycanda Respublikanın qurulmasının 100 illiyinin təntələli şəkildə qeyd edildiyini bildirib.

 

18 oktyabr 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyini vurğulayan səfir ölkəmizin çox çətin dövrlər yaşadığını və ağır sınaqlardan keçdiyini xatırladıb. Lakin 1993-cü ildə xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə köklü islahatların aparıldığını vurğulayan səfir müasir Azərbaycanın banisi Ulu öndərin yürütdüyü siyasət nəticəsində ölkəmizdə siyasi, ictimai sabitliyin qorunduğunu diqqətə çatdırıb.

 

Həmçinin, səfir son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünya miqyasında tanındığını, dinamik inkişafın şahidi olduğunu, iqtisadiyyatının 3.2 faiz artdığını, qeyri-neft sektorlarının sürətlə inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın Cənubi Qafqazda həm iqtisadi, həm də hərbi cəhətdən lider ölkə olduğunu bildirib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini çatdırıb.

 

Daha sonra səfir Misir və Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb.

 

Qeyd edək ki, 18 oktyabr müstəqillik günü tədbiri çərçivəsində AR-ın Misirdəki səfirliyinin üçüncü katibi Emil Rəhimovun ərəb dilində "Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika" yazdığı kitabın təqdimatı keçirilib.

Təqdimatla bağlı "Vətənpərvər"-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, Misirin Helvan universitetinin doktoru Adil Dərviş, Misirin "Əl-Hivar: Siyasi araşdırmalar və Media" mərkəzinin müdiri doktor Əhmət Tahir, "20 yanvar" kitabının müəllifi tədqiqatçı, jurnalist Məhəmməd Sələmə "Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika" adlı kitabın əhəmiyyəti və ərəb oxucularının marağına səbəb olduğunu bildirərək, kitab haqqında təəssüratlarını paylaşıblar.

 

Daha sonra kitabın müəllifi E.Rəhimov kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarova, XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinə (AİDA), AR-ın Misirdəki səfirinə təşəkkürünü bildirərək, Azərbaycanın son yüz ildə keçdiyi tarixi-siyasi mərhələlərə, kitabın əhatə etdiyi mövzulara toxunub.

 

Qeyd edək ki, tədbir çərçivəsində səfirlik tərəfindən çap olunmuş kitabların sərgisi təşkil edilmiş, müasir Azərbaycanın inkişafını əks etdirən video çərxlər nümayiş etdirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI