Polkovnik Abdulla Qurbani əməliyyata götürülüb

14:20 22-10-2018 | icon 824 | Cəmiyyət
Polkovnik Abdulla Qurbani əməliyyata götürülüb

İstefada olan polkovnik Abdulla Qurbaninin səhhəti pisləşib, xəstəxanaya yerləşdirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə “AzeriDefence”yə polkovnikin qızı Günay Qurbanova məlumat verib.

 

Bildirilib ki, Abdulla Qurbani hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında açıq ürək əməliyyatı olunur. Qızı Günay Qurbanova həmçinin qeyd edib ki ki, atası uzun illərdir ürək-damar xəstəliklərindən əziyət çəkir. Əməliyyatı tanınmış təcrübəli ürək-damar cərrahı Anar Əmrah və onun komandası aparır və Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir.

 

Qeyd edək ki, Abdulla Qurbani 1956-cı ilin dekabrında Şərur rayonunun Mahmudkənd kəndində anadan olub. 18 ilə yaxın Mədəniyyət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb. Murovdağ uğrunda ilk döyüş əməliyatlarına qoşulan A.Qurbani sıravi əsgərdən “polkovnik” rütbəsinədək yüksəlib. Xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilib. Prezident sərəncamları ilə” Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və digər orden-medallarla təltif olunub. Vətən və xalq qarşısında müstəsna xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə, Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafında, ölkədə hərbi vətənpərvərliyin təbliğində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi- psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə Əməkdar İncəsənət xadimi və Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb. Hərbi vətənpərvərlik mövzusunda 100-dən çox kitabın, yüzlərlə məqalənin, 200-dən çox hərbi marş və vətənpərvərlik mahnılarının sözlərinin müəllifidir. Möhtəşəm hərbi paradlara aparıcılıq edib, Qarabağ müharibəsinin iştirakçısıdır. “Azərbaycan- Türkiyə: qardaşlığın təntənəsi” kitab-albomu bir neçə gün öncə çapdan çıxıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol