Əhali banklardakı əmanətlərini geri çəkib

18:23 26-02-2021 | icon 450 | İqtisadiyyat
Əhali banklardakı əmanətlərini geri çəkib

2021-ci ilin yanvar ayı üzrə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 23 milyard 189,3 milyon manat təşkil edib.

 

Versus.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.

 

Mməlumata əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə depozit və əmanətlərin həcmi 6,6 faiz azalıb.

 

Belə ki, vəsaitlərdən 8 milyard 202,9 milyon manatı fiziki şəxslərin əmanətlərini, 1 milyard 833,4 milyon manatı maliyyə təşkilatlarının, 13 milyard 153 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib. 

 

Ötən ilin yanvar ayı ilə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi 5,2 faiz artsa da, qeyri-maliyyə qurumlarında depozitlərinin həcmi 9,3 faiz azalıb.

 

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nəzərən 4,5 faiz azalaraq 8 milyard 202,9 milyon manat təşkil edib. Onların əmanətlərinin 49,3 faizi milli valyutada (4 milyard 47,5 milyon manat), 50,7 faizi isə xarici valyutada (4 milyard 155,4 milyon manat) olub.

 

Rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,5 faizini (7 milyard 917 milyon manat) təşkil edib. Onların banklardakı əmanətlərinin həcmi ötən ilin yanvar ayı ilə müqayisədə üç faiz azalıb.

 

Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi isə 286 milyon manatı təşkil edib və 2020-ci ilin müvafiq ayı ilə müqayisədə əmanətlərin həcmi 32,4 faiz azalıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”