“İlin Press Fotosu” - FOTOMÜSABİQƏ

15:24 03-03-2021 | icon 558 | Gündəm
“İlin Press Fotosu” - FOTOMÜSABİQƏ

Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə altı mövzu -  xəbər, gündəlik həyat, portret, təbiət, idman və mədəniyyət üzrə keçiriləcək.

 

Bu barədə “Gilavar” Azərbaycan Foto Klubu məlumat yayıb. 

 

Azərbaycanda ilk dəfə baş tutacaq “İlin Press Fotosu” adlı layihə çərçivəsində hər il “Azərbaycan Press Foto” adlı fotomüsabiqənin keçirilməsi nəzərdə tutulur.

 

“Hər il müxtəlif ölkələr, eləcə də dünya üzrə “İlin Press Fotosu” adlı fotomüsabiqələr keçirilir və ən yaxşı fotolar qalib gələrək mükafatlandırılır. Azərbaycanda fotoqrafiyanın inkişafına töhfə vermək, fotoqrafların imkanlarından daha səmərəli istifadə edilməsi, onların bu sahəyə maraq göstərməsi, ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıdılması, onlara ruh yüksəkliyi aşılamaq məqsədilə bizdə də belə bir müsabiqənin keçirilməsi labüd idi.

 

Bunları nəzərə alaraq “Gilavar” Azərbaycan Foto Klubu belə bir yarışmanın keçirilməsinə qərar verib. Müsabiqənin keçirilməsində də əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək və dəyərləndirməkdir”, - məlumatda bildirilir.

 

“Azərbaycan Press Foto 2020” adlanan ilk belə müsabiqəyə 2020-ci il ərzində çəkilmiş fotolar qəbul olunacaq. Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatlarının qayda və prinsiplərinə uyğun şəkildə təşkil olunub. Klubun beynəlxalq foto müsabiqələrin keçirilməsi üzrə kifayət qədər təcrübəsi var. Klub 2017-ci ilin dekabr ayında Beynəlxalq Foto Sənəti Federasiyasına üzv kimi qəbul edilib və bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir.

 

Qalib gələn fotolar arasından “İlin Press Fotosu” seçiləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq