"Şəhadətə ucalmaq Asimin uşaqlıq arzusu olub"

15:48 03-03-2021 | icon 868 | Şəhidlər və şahidlər
"Şəhadətə ucalmaq Asimin uşaqlıq arzusu olub"

Şəhid anası: “Dedi ki, vətənə borcumu verib, qayıtmalıyam”

 

II Qarabağ müharibəsində qanı ilə tarix yazan şəhidlərimizdən biri də Süleymanov Asim Məhərrəm oğludur. O, 18 fevral 2001-ci il tarixində Gəncə şəhərində doğulub.

 

2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Asim Füzuli, Ağdərə, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Şəhidimizin anası Rahilə Məmmədova bildirib ki, şəhadətə ucalmaq Asimin uşaqlıq arzusu olub:

 

“O, Gəncə Dövlət Regional Kollecinin tələbəsi idi. Təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollandı. Çalışdım ki, təhsilini bitirdikdən sonra əsgərliyə getsin, lakin Asim razılaşmadı. Dedi ki, vətənə borcumu verib, qayıtmalıyam. Daha sonra təhsilimi davam etdirərəm”. 

 

Qəhrəmanımız dörd noyabr tarixində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Süleymanov Asim Məhərrəm oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq