Vətən müharibəsinin daha bir qəhrəmanı

21:34 03-03-2021 | icon 442 | Şəhidlər və şahidlər
Vətən müharibəsinin daha bir qəhrəmanı

Vətən müharibəsində igidlik nümayiş etdirən oğullardan biri də baş leytenant Məhəmmədəli Tağılıdır.

 

Versus.Az “Azərbaycan Ordusu” qəzetinə istinadən xəbər verir ki, M.Tağılı Vətən müharibəsində mexanikləşdirilmiş bölüyün komandiri kimi Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

 

Məhəmmədəli döyüşlər başlayan zaman Füzuli rayonunun işğalda olan kənd Horadizin azad olunması tapşırığını alır və bölməsinin şəxsi heyəti ilə düşmənin mövqelərini darmadağın edir.

 

Uğurlu əməliyyatlar keçirən zabit bölməsi ilə Cəbrayıl rayonunun bir neçə kəndinin, Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı yüksəkliklərin və Tuğ kəndinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir.

 

Daha sonra zabitin rəhbərlik etdiyi bölmə Şuşa şəhəri istiqamətində irəliləyir. Baş leytenant Məhəmmədəli Tağılı Şuşa şəhəri yaxınlığında düşmənin aramsız atəşi zamanı yaralanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmir Mürvət oğlu Qədirovu təxliyyə edərək onun sağ qalmasında böyük rol oynayır.

 

Döyüş tapşırığının icrasına davam edən bölmə xüsusi təyinatlı qüvvələrlə birlikdə Şuşanın azad edilməsinə nail olur.

 

Şərəfli döyüş yolu keçən baş leytenant Məhəmmədəli Tağılı “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq