Nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə GÖRÜŞ

14:11 04-03-2021 | icon 353 | İqtisadiyyat
Nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə GÖRÜŞ

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Paytaxtda olmayan əməkdaşlar görüşə videoformatda qoşulublar.

 

Versus.Az xəbər verir ki, əvvəlcə döyüşlərdə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra nazir torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmiş əməkdaşları evlərinə, işlərinə sağ-salamat qayıtmaları münasibətilə təbrik edib.

 

Rəşad Nəbiyev bildirib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi:

“Torpaqlarımız işğaldan azad olundu. Məhz Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində regionda yeni hərbi-siyasi reallıq formalaşdı. Biz böyük tarixi qələbə qazandıq”.

 

Heç bir qələbənin asanlıqla əldə olunmadığını deyən nazir torpaqlarımızın düşmən əsarətindən qəhrəman hərbçilərimizin qanları, canları bahasına azad edildiyini diqqətə çatdırıb.

 

Rəşad Nəbiyev Vətən uğrunda gedən döyüşlərdə nazirliyin 210 əməkdaşının iştirak etdiyini, onlardan 6-nın şəhidlik zirvəsinə ucaldığını söyləyib. Həmçinin müharibədə ailə üzvlərini itirən əməkdaşların olduğunu vurğulayıb.

 

Döyüşlərdə yaralanan əməkdaşlara şəfa diləyən nazir onların sağlam həyata qayıtmaları üçün lazımi diqqət və qayğı ilə əhatə olunacaqlarını deyib:

“Siz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu vicdanla yerinə yetirmisiniz. Sizə olan etimadı doğrultmusunuz. Dövlətimiz və xalqımız daim sizin yanınızdadır. Adlarınız Azərbaycan tarixinə qəhrəman kimi düşdü. Siz gənclərimiz üçün ən gözəl örnəksiniz”.

 

Döyüşlərdə fərqlənən əməkdaşların müxtəlif dövlət təltiflərinə layiq görüldüyünü və kollektivin onlarla qürur duyduğunu bildirən nazir Rəşad Nəbiyev çıxışını bu sözlərlə bitirib: “Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan əsgəri!”

 

Görüş zamanı müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşüblər. Bundan sonra da Vətənin azadlığı və suverenliyi uğrunda istənilən an vuruşmağa hazır olduqlarını bildiriblər.

 

Sonda nazir Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində iştirak etmiş əməkdaşlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəkkürnamələrini təqdim edib.

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq