Ölkə iqtisadiyyatını zəlil gününə qoyan icra başçıları - FOTO

11:21 05-03-2021 | icon 622 | İqtisadiyyat
Ölkə iqtisadiyyatını zəlil gününə qoyan icra başçıları - FOTO

Mürvət Həsənli: "Onlar dövlətə bir qəpik də vergi, orduya, sosial fondlara ianələr vermirlər"

 

"Mənim anlamadığım bir məsələ var. Azərbaycan hüquq mühafizə orqanları millətin qanını içən, idarə etdiyi rayonu tikinti meydançasına çevirən, iş adamlarından rüşvət ala-ala özlərinə böyük səltənətlər quran, ölkə iqtisadiyyatını isə zəlil gününə qoyan icra başçılarına niyə bu qədər tolerantlı yanaşır? Hətta Cənab Prezidentin fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən qovduğu sabiq icra başçılarından bu qədər çəkinmək nəyin nəticəsidir?"

 
 
Versus.Az xəbər verir ki, bunu ölkə iqtisadiyyatını zəlil gününə qoyan bəzi icra başçılarının əməlləri ilə bağlı açıqlamasında iş adamı, iqtisadçı Mürvət Həsənli bildirib:
 
 
"Mən sabiq icra başçısı tanıyıram ki, yazıçı Anarın sözü olmasın, 5 mərtəbəli evin altıncı mərtəbəsinin tikilməsi üçün sərəncam verib, özünü qanunlardan və Bakı şəhər meriyasılndan üstün görərək paytaxtımızın arxitekturasını pozub. İş adamlarından topladığı rüşvət hesabına tikdiyi obyektlərdən bu gün belə, ayda 200-300 min manat kirayə pulu qazanır. Bunun üçün dövlətə bir qəpik də vergi, orduya, sosial fondlara ianələr vermir.
Mən sabiq icra başçısı tanıyıram ki, işlədiyi müddətdə topladığı vəsaitlə Bakının ən iri tikinti sektorunu qurub, vaxtilə taladığı rayonda indi göydələnlər inşa etməklə qaz vurub qazan doldurur".
 
 
Mürvət Həsənli korrupsioner məmurların ən böyük kabusuna çevrilən “qaramaskalılar”ın bir gün həmin möhtəkirlərin də qapısını döyəcəyinə ümid etdiyini vurğulayıb:
 
 
"Əks təqdirdə, “köhnə”lərin cəzasızlıq və toxunulmazlıq statusu yenilərin də eyni yolla getməsinin təminatı və təşviqedici amilinə çevrilə bilər. Toplumun sağlamlaşdırılması və islah edilməsi üçün bütün korrupsionerlər mütləq layiq olduqları cəzanı almalıdırlar".
 
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq