Bakı-Tbilisi-Qars ilə Rusiyadan Türkiyəyə strateji məhsullar nəql edilib

11:17 10-03-2021 | icon 347 | İqtisadiyyat
Bakı-Tbilisi-Qars ilə Rusiyadan Türkiyəyə strateji məhsullar nəql edilib

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Rusiyadan Türkiyəyə taxıl və buğda kəpəyi nəql edilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən verilən məlumata görə, 13 örtülü vaqonda 780 ton taxıl Rusiyanın Tatarskaya stansiyasından (Qərbi-Sibir dəmir yolu), səkkiz taxıldaşıyan vaqonda 480 ton buğda kəpəyi isə Şadrinsk stansiyasından (Cənub-Ural dəmir yolu) göndərilib.

 

Rusiya-Azərbaycan sərhədində yerləşən Yalama stansiyasından keçən yüklər Böyük-Kəsik və Gürcüstanın Axalkalaki stansiyasına çatdırılıb. Daha sonra taxıl və kəpək Türkiyənin Qars şəhərinə yola salınıb.

 

Qeyd edilib ki, BTQ dəmir yolu ilə bu cür yüklərin nəqli sahibkarlara ənənəvi dəniz yolu ilə daşınmalardan daha sərfəlidir. BTQ ilə fasiləsiz kiçik həcmli yükləri daşımaq mümkündür ki, əvvəllər sifarişçilər bu yükləri Türkiyəyə göndərmək üçün Novorosiysk limanında gəminin doldurulmasını gözləməli olurdular və limanda yüklərin aşırılması əməliyyatları aparılırdı. Bu isə əlavə xərclər deməkdir.

 

Bundan başqa BTQ vasitəsi ilə yüklərin nəqli tranzit vaxtını iki dəfə azaldır. Yük sahibləri Bakı-Tbilisi-Qars vasitəsi ilə mütəmadi olaraq bu cür yüklərin Türkiyəyə göndərilməsini planlaşdırır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq